IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edilib

IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 28-ci Baş Assambleyası çərçivəsində inzibati sessiya keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Baş Assambleyanın inzibati sessiyasında IOTA prezidenti, Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaquyheyi (Ferenc Vágujhelyi) çıxış edib. 2023-2024-cü illər üzrə prezidentliyi barədə məlumat verən Ferens Vaquyheyi bu zaman çərçivəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə danışıb. Sonra IOTA-nın cari və ortamüddətli perspektivdə fəaliyyətini əhatə edən sənədlər səsvermə yolu ilə təsdiq edilib.

Baş Assambleyanın inzibati sessiyasında 2024-2025-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli seçilib. Sessiya çərçivəsində 2024-2025-ci illər üzrə IOTA İcraiyyə Şurasının üzvləri də seçilib. İcraiyyə Şurasında Belçika, Estoniya, Finlandiya, Macarıstan, Rumıniya, İsveçrə və İsveç təmsil olunacaq. Qurumun prezidentliyini həyata keçirən Azərbaycan DVX İcraiyyə Şurasına sədrlik edəcək.

Sessiyada çıxış edən DVX-nin rəisi Orxan Nəzərli beynəlxalq vergi sistemində müasir trendlər və çağırışlar, vergi inzibatçılığının ortamüddətli dövr üçün prioritet inkişaf istiqamətləri barədə danışıb. Qeyd olunub ki, vergi inzibatçılığı yüksək səriştə, məlumatlılıq və strateji yanaşmalar tələb edən dinamik sahədir. Xidmət rəisi bildirib ki, son illər vergi sistemlərində qloballaşma və rəqəmsallaşma nəticəsində müəyyən transformasiya müşahidə olunur. Beynəlxalq miqyasda bu transformasiya mükəmməl və müasir vergi sisteminin təşkilini, çağırışlara cavab vermək üçün vergi administrasiyalarının əməkdaşlığının gücləndirilməsini tələb edir.

Orxan Nəzərli Dövlət Vergi Xidmətinin IOTA-ya prezidentliyini ilk dəfə icra edəcəyini diqqətə çatdıraraq, iştirakçıları planlar barədə məlumatlandırıb. Bildirib ki, qarşıdakı dövr ərzində IOTA çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması üçün bütün səylərin səfərbər edilməsi nəzərdə tutulur.

DVX rəisi vergi administrasiyaları tərəfindən effektiv mexanizmlərin tətbiqi məqsədilə müasir tendensiyaların yaxından izlənilməsinin vacibliyini qeyd edib. IOTA-nın 2023-2027-ci illər üzrə strategiyasında müəyyən edilmiş hədəflərin reallaşdırılmasına xüsusi diqqət yetiriləcəyini bildirən DVX rəisi assambleyanın potensialının gücləndirilməsinin və imkanlarının artırılmasının başlıca prioritetlərdən olacağını vurğulayıb. Xidmət rəisi IOTA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçiriləcəyini qeyd edərək bütün iştirakçıları ölkəmizdə təşkil olunacaq tədbirlər və planlaşdırılan təşəbbüslərdə fəal iştiraka dəvət edib.

Daha sonra IOTA prezidentliyinin rəmzi hesab edilən təşkilatın bayrağı Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaguyheyli tərəfindən Azərbaycanın Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə təqdim olunub.

Vüqar Seyidov

Budapeşt

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
437 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 40 dəq. əvvəl
  • 13
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 1 saat əvvəl
  • 21
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 3 saat əvvəl
  • 29
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 3 saat əvvəl
  • 37
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 4 saat əvvəl
  • 39
Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti
Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni...
  • 6 saat əvvəl
  • 50