İran Parlamenti Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib
Avqustun 21-də İran Parlamenti səsvermə zamanı Prezident Məsud Pezeşkian tərəfindən təqdim olunmuş Nazirlər Kabinetinin yeni tərkibini demək olar tam şəkildə təsdiq edib.
AZƏRTAC “Mehr” agentliyinə istinadla xəbər verir ki, İran Məclisi yeni Nazirlər Kabinetinə bütün namizədləri təsdiq edib.
Abbas Araqçi 244 səs toplayaraq İranın xarici işlər naziri, İran Mərkəzi Bankının keçmiş rəhbəri Abdolnasir Xemmati - iqtisadiyyat naziri, Mohsen Paknejad isə neft naziri təyin edilib.
Bir gün əvvəl İran Prezidenti parlamentin onun təqdim etdiyi nazirlərin hamısını təsdiq edəcəyinə inandığını bildirib.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
25 gün əvvəl
389 dəfə oxundu
389 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)