İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir

İranda keçirilən növbədənkənar prezident seçkilərində islahatçı Məsud Pezeşkiyan mühafizəkarlar qanadın namizədi Səid Cəlilidən önə keçərək liderlik edir.

AZƏRTAC İran mediasına istinadla xəbər verir ki, indiyədək ümumilikdə 14 milyon 70 mindən çox səs hesablanıb. Seçki komissiyasının son məlumatına görə, Məsud Pezeşkiyan 5 milyon 955 min 781 səs toplayıb. Onun əsas rəqibləri Səid Cəlili 5 milyon 560 min 321, Məhəmməd Qalibaf isə 1 milyon 891 min 381 səslə müvafiq olaraq ikinci və üçüncü yerdədir.

İranda prezident seçkilərində qalib gəlmək üçün namizəd seçicilərin 50 faizindən çoxunun səs toplamalıdır. Namizədlərin heç biri bu qədər səs toplaya bilməsə, bir həftə sonra - iyulun 5-də ikinci tur keçiriləcək. Birinci turda ən çox səs toplayan iki namizəd prezident postu uğrunda mübarizəni davam etdirmək hüququ qazanacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
25 gün əvvəl
389 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub.ILK.AZ...
  • 3 dəq. əvvəl
  • 1
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 1 saat əvvəl
  • 18
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 2 saat əvvəl
  • 24
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 3 saat əvvəl
  • 32
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 4 saat əvvəl
  • 40
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 5 saat əvvəl
  • 42