İranda prezident seçkilərində səsvermə başa çatıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

İranda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

“Gecə yarısından sonra (Bakı vaxtı ilə saat 00:30) seçki məntəqələri bağlanıb, qutular açılıb və səslərin hesablanması başlanılıb”, - deyə qərargahın nümayəndəsi bildirib.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilər və seçici növbələri səbəbindən səsvermə vaxtı üç dəfə uzadılıb. İranda növbədənkənar prezident seçkiləri Prezident İbrahim Rəisinin mayın 19-da vəfatı ilə əlaqədar keçirilib.

Dövlət başçısı postu uğrunda dörd namizəd mübarizə aparır: parlamentin spikeri Məhəmməd Bağır Qalibaf, İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Daxili İşlər və Ədliyyə nazirliklərinin keçmiş rəhbəri Mustafa Purməhəmmədi (hamısı mühafizəkarlar) və keçmiş səhiyyə naziri Məsud Pezeşkian (islahatçı).

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
21 gün əvvəl
370 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 42 dəq. əvvəl
  • 19
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 53 dəq. əvvəl
  • 20
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 2 saat əvvəl
  • 27
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 3 saat əvvəl
  • 41
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 4 saat əvvəl
  • 46
Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları əməkdaşlıq məsələlərini müzakirə ediblər
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə...
  • 6 saat əvvəl
  • 52