İsa Həbibbəyli Nobel mükafatı laureatı Əziz Sancarla görüşüb

İsa Həbibbəyli Nobel mükafatı laureatı Əziz Sancarla görüşüb

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Sancarla görüşüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşdən əvvəl dünya şöhrətli alim AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub. Eyni zamanda AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinə baxış keçirib, mərkəzin xatirə dəftərinə ürək sözlərini yazan ilk qonaq olub.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli qonağa dəvəti qəbul edib ölkəmizə səfər etdiyi üçün minnətdarlığını bildirib. Qeyd edib ki, 29 noyabr 2023-cü il tarixində keçirilən AMEA-nın Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Sancar AMEA-nın fəxri üzvü seçilib. Səfər çərçivəsində ona AMEA-nın Fəxri üzvü diplomu və vəsiqəsi təqdim olunacaq, Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələri keçiriləcək.

Hazırda Azərbaycanın Prezident İlham Əliyevin liderliyində öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasının da ölkəmizdə gedən proseslərə uyğun yeniləşmə mərhələsində olduğunu, “Elektron Akademiya”nın qurulması istiqamətində addımlar atıldığını, süni intellekt, rəqəmsal texnologiyalarla bağlı mühüm tədqiqatların aparıldığını vurğulayıb, bu yöndə TÜBİTAK-la əməkdaşlıq edildiyini bildirib.

AMEA rəhbəri Əziz Sancarın ölkəmizə səfərinin Türk dünyasında elmi əlaqələrin inkişafına növbəti töhfə verəcəyini söyləyib. Həmçinin “Türk Dünyası Aziz Sancar Doktora Bursu”nun verilməsini təklif edib.

Nobel mükafatı laureatı, professor Əziz Sancar Akademiyanın fəxri üzvü seçilməsi və ölkəmizə dəvətə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Ölkəmizə hər səfərindən məmnun qaldığını deyən alim Azərbaycanın elmi ictimaiyyəti ilə növbəti müzakirələrinin səmərəli keçəcəyinə inamını ifadə edib.

Daha sonra Nobel mükafatı laureatı Əziz Sancara AMEA-nın hədiyyələri təqdim olunub.

Əziz Sancarın səfəri iyunun 6-dək davam edəcək. Dünya şöhrətli alim AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasında “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda məruzə ilə çıxış edəcək, ona AMEA-nın Fəxri üzvü diplomu və vəsiqəsi təqdim olunacaq. Sancar həmçinin AMEA-nın Naxçıvan Bölməsini, elmi müəssisə və təşkilatlarını, eləcə də respublikanın ali təhsil müəssisələrini ziyarət edəcək.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
450 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 1 dəq. əvvəl
  • 2
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 12
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 23
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 25
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 36
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 41