İsmayıllıda selin bəzi yollarda yaratdığı fəsadlar aradan qaldırılıb
Yağan güclü yağış nəticəsində yaranan sel suları İsmayıllı rayonunun bir-neçə kəndinə gedən torpaq əsaslı və çınqıl örtüklü yollarda problemlərə səbəb olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yağıntılar nəticəsində yaranmış problemlərlə bağlı ərazilərə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Görülən tədbirlər çərçivəsində rayonun Zərnava, Müdri və digər kəndlərinə gedən yollarda sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yollarda açılmış yarğanlar bərpa olunub, sıradan çıxmış küvetlər yenidən qurulub, zəruri ərazilərdə dəmir suötürücü borular quraşdırılıb.
Sözügedən yolların hər birində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
21 gün əvvəl
372 dəfə oxundu
372 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)