İspaniya millisinin gənc futbolçusu Pelenin rekordunu yeniləyib

İspaniya millisinin gənc futbolçusu Pelenin rekordunu yeniləyib

İspaniya millisinin və "Barselona" komandasının futbolçusu Lamin Yamal braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu yeniləyib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı vinger bunu Avropa çempionatının yarımfinal mərhələsində Fransanı (2:1) məğlub etdikləri matçda reallaşdırıb. Belə ki, o, turnirin 1/2 final görüşündə meydana çıxan ən gənc oyunçu olub.

Braziliya millisinin sabiq üzvü Peleyə məxsus olan əvvəlki rekord isə 1958-ci ildə qeydə alınıb. Əfsanəvi futbolçu həmin vaxt 17 yaşında dünya çempionatının yarımfinal matçında oynayıb.

Dünənki qarşılaşmada Fransa millisinin qapısına baxımlı qol vuran L.Yamal həm də turnirdə fərqlənən ən gənc oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, İspaniya millisi finalda Niderland-İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
4 gün əvvəl
345 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata...
  • 51 dəq. əvvəl
  • 10
Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
ABŞ hüquq-mühafizə orqanları Ağ evin keçmiş rəhbəri Donald Trampa sui-qəsddə şübhəli...
  • 1 saat əvvəl
  • 11
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt...
  • 2 saat əvvəl
  • 24
Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 32
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır
Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və...
  • 5 saat əvvəl
  • 46
İtaliyada anomal istilər üç nəfərin ölümünə səbəb olub
İtaliyanın mərkəzi və cənub regionlarında müşahidə edilən anomal istilər üç nəfərin...
  • 6 saat əvvəl
  • 49