İsraildə 48 saatlıq fövqəladə vəziyyət elan edilib
Livana qarşı başladılan əks hücumdan və “Hizbullah”ın komandirlərindən Fuad Şükürə sui-qəsddən sonra İsraildə fövqəladə vəziyyət elan edilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant açıqlamasında daxil cəbhədəki vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan etdiyi bildirib. Fövqəladə vəziyyətin 48 saat qüvvədə olacağı bildirilib.
“Hizbullah”la son toqquşmalara görə İsrailin şimal bölgələri ilə yanaşı, Təl-Əvivdə də bəzi məhdudiyyətlər tətbiq edilib. Belə ki, açıq yerlərdə 30, qapalı yerlərdə isə 300-dən çox adamın toplaşmasına qadağa qoyulub. Həmçinin Livan sərhədinə yaxın çimərliklərin fəaliyyəti dayandırılıb.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
18 gün əvvəl
362 dəfə oxundu
362 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)