İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 28 May- Müstəqillik Günü münasibətilə İstanbulda fəaliyyət göstərən Heydər Əliyev adına məktəbdə maarifləndirici görüş keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tədbirdə məktəblilərlə görüşən İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Hülya Ağasoy onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, Azərbaycanın müstəqillik tarixindən danışıb.

Bildirilib ki, 28 May yalnız Azərbaycan xalqının tarixində dönüş nöqtəsi deyil, eyni zamanda Türk tarixinin şanlı səhifəsidir.

Azərbaycanın öz müstəqilliyini 1991-ci ildə yenidən bərpa etdiyini bildirən Xuraman xanım bunun heç də asan olmadığını, təhsil aldıqları məktəblərin adını daşıdığı dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə indiki güclü-qüdrətli Azərbaycanın təməlinin qoyulduğunu deyib. Vətən müharibəsi və Ordumuzun qazandığı şanlı Zəfəri xatırladan natiq Azərbaycan tarixi, o cümlədən bütün Türk dünyasını qürurlandıran bu tarixi hadisəni gələcək nəsillərə çatdırmağın onların ən böyük vəzifəsi olduğunu söyləyib.

Şagirdlər öz növbəsində Vətən, xalq və Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndiriblər.

Əlamətdar gün münasibətilə uşaqlara xatirə hədiyyələri təqdim edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
481 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 18
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 23
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 29
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 37
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 40
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 47