İstifadəçilər tərəfindən ən çox istifadə olunan şifrələr
2019-cu ildə ümumilikdə 500 milyondan çox şifrə internetə sızdırılıb.
Dövlət qurumlarından müstəqil şəkildə çalışan araşdırmacılar bu 500 milyon şifrəni analiz edərək ən çox istifadə olunan 200 şifrəni təyin elədilər. Lakin bütün siyahını paylaşmaq mümkün olmayacağı üçün ilk 10-luqu seçib sizə təqdim edirik.
Bu il sızdırılan 500 milyon şifrədən ən çox istifadə olunanı aşağıdakılardır:
- 12345
- 123456
- 123456789
- test1
- password
- 12345678
- zinch
- g_czechout
- asdf
- qwerty
Bu qədər sadə şifrələr niyə istifadə olunur?
Bu suala bir cavab var: Yadda saxlamaq daha asandır deyə. İnsanların əksəriyyəti yadda saxlamağın çətin olduğu şifrələrdən uzaq durur. Ona görə bu tip qısa şifrələr seçilir. Hətta bir şifrəni bütün hesablarında istifadə edən insanlar belə var. Nəticədə bir hesabın şifrəsi oğurlananda digər hesablar da təhlükəyə girir. Mütəxəssislər məsləhət görür ki, son günlərdə bu tip halların artmasını nəzərə alaraq şifrələrinizi yeniləyin, hətta 2 faktorlu təsdiqləmə də istifadə edin.
Mənbə: technote.az
Məqaləyə emosiya bildir:
7561 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)