İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

İsveçin Kiruna şəhərindəki “Esrange” kosmik bazası Avropada peykləri orbitə buraxan ilk məkan olacaq.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, İsveç Kosmik Korporasiyası (Swedish Space Corporation, SSC) Amerikanın “Firefly Aerospace” kosmik şirkəti və Koreyanın “Perigee Aerospace” kosmik şirkəti ilə əməkdaşlıq müqavilələri bağlayıb.

“Biz kommersiya və müdafiə sahəsində əməkdaşlıq üçün biznes modelimizə uyğun partnyorlar axtarmaq üçün dünyanın hər yerindən raket istehsal edən şirkətlərlə əlaqə saxlayırıq. İndi tapmacanın son parçası nəhayət yerindədir”, - deyə Kirunadakı “SSC Esrange” kosmik bazasının rəhbəri Lennart Poromaa bildirib.

İsveç Kralı XVI Karl Qustav, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və hökumət nümayəndələrinin iştirak etdiyi “Esrange” kosmik bazasının açılışı 2023-cü ilin yanvarında olub.

İsveç Kosmik Korporasiyasının press-relizinə görə, peyklərin buraxılması 2025-2026-cı illərdə başlayacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
26 gün əvvəl
382 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 25 dəq. əvvəl
  • 9
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 1 saat əvvəl
  • 19
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 2 saat əvvəl
  • 28
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 3 saat əvvəl
  • 36
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 4 saat əvvəl
  • 38
Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti
Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni...
  • 6 saat əvvəl
  • 49