İsveç Baş nazirinin müavini: Aİ müsəlmanların doğma ölkələrinə qaytarılması təşəbbüsü ilə çıxış etməlidir

İsveç Baş nazirinin müavini: Aİ müsəlmanların doğma ölkələrinə qaytarılması təşəbbüsü ilə çıxış etməlidir

İsveçin Baş nazirinin müavini, energetika və sənaye naziri, Xristian Demokratlar Partiyasının sədri Ebba Buş “Degens nyheter” qəzetinə müsahibəsində bildirib ki, Avropa İttifaqında (Aİ) yaşayan müsəlmanlar Avropa dəyərlərini qəbul etməlidirlər, əks halda, onların bu ölkələrdə yaşamaq hüquqları tükənir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Ebba Buşun fikrincə, Aİ müsəlmanların öz ölkələrinə qaytarılması prosesinə rəhbərlik etməlidir.

Baş nazirin müavini deyib: “Avropa İttifaqı sadəcə ticarət birliyi deyil, həm də dəyərlər birliyidir. Əgər biz Avropanı Avropa edən dəyərləri müdafiə edə bilməsək, onu itirəcəyik. Yəhudilər, müsəlmanlar, xristianlar və ateistlər Avropada tolerantlıq, sülh və azadlıq mühitində yaşaya bilməlidirlər”. Buş əlavə edib ki, Avropa İttifaqı məscid tikintisinin xaricdən maliyyələşdirilməsini qadağan edə bilməlidir.

Ebba Buşun fikirləri kəskin tənqidlərə səbəb olub. Aİ-nin Mərkəz Partiyasından olan deputatı Abir Əl-Səhlani hesab edir ki, belə ritorika İsveçi qütbləşdirir. O əlavə edib: “Bu, ölkənin Baş nazirinin müavininin acınacaqlı bəyanatıdır”.

Dini icmalar da bəyanata öz narazılıqlarını bildiriblər. Geten pastorluğunun kilsə keşişi Leyf Nordlander deyib ki, İsveçdəki müsəlmanlar ölkənin qanunlarına hörmət etməlidirlər. Məsələn, onlar şəriət qanunlarını tətbiq edə bilməzlər, lakin müsəlmanların evə qayıtması müxtəlif ölkələr üçün arzuolunmazdır. Çünki onların bir çoxu Avropaya zülmdən qurtulmaq üçün sığınıblar.

Nordlander vurğulayıb: “Bu, iki din arasındakı körpüləri məhv edə bilər. İsveçdə din azadlığı var və o, Konstitusiya ilə qorunur. Heç bir siyasətçi buna qarışmamalıdır, əks halda bu, bizə bumeranq təsiri göstərəcək”.

İsveç Müsəlman Cəmiyyətinin katibi Səid Mənsur da Ebba Buşun sözlərini tənqid edərək bildirib ki, görünür, Xristian Demokratlar Partiyası seçkilərdə uğur qazana bilməyəcək və ifrat sağçı, millətçi İsveç Demokratlar Partiyasının səslərini cəlb etməyə çalışır.

Hazırda XD partiyası 9 iyun seçkilərindən sonra Aİ Parlamentində mandat almamağa yaxındır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
20 gün əvvəl
394 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Dünən ölkə ərazisində 105 kiloqrama yaxın narkotik aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 18-də ümumi...
  • 55 san. əvvəl
  • 1
Rusiya Prezidenti ilə KXDR liderinin görüşü başlayıb
İyunun 19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda ölkə lideri Kim...
  • 1 saat əvvəl
  • 15
ABŞ-də 500 min miqrant vətəndaşlıq ala bilər
ABŞ prezidenti yüz minlərlə qanunsuz miqranta vətəndaşlıq hüququ verməklə bağlı...
  • 2 saat əvvəl
  • 26
Çadın əsas silah anbarında şiddətli partlayış baş verib
Çad Respublikasının paytaxtı N'Djamena şəhəri yaxınlığındakı silah anbarında yanğın...
  • 2 saat əvvəl
  • 27
İsveç parlamenti ABŞ ilə müdafiə sazişini təsdiqləyib
İsveç parlamenti ABŞ ilə 2023-cü ildə imzalanan müdafiə sazişini təsdiqləyib.ILK.AZ...
  • 3 saat əvvəl
  • 37
İnsan orqanizmi kosmik uçuşdan sonra özünü tam bərpa edir
Sümük kütləsinin azalması, böyrək və ürəklə bağlı problemlər və s. Kosmik uçuş...
  • 5 saat əvvəl
  • 44