İsveç Hökuməti bəzi sənaye sahələrinə 6 milyard dollar sərmayə qoymaq niyyətindədir

İsveç Hökuməti bəzi sənaye sahələrinə 6 milyard dollar sərmayə qoymaq niyyətindədir

İsveçin maliyyə naziri Elisabet Svantesson 2025-ci il üçün maliyyə vəziyyəti və büdcə proqnozu haqqında məlumat verib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə o, Baş nazir Ulf Kristerssonun Harpsunddakı yay iqamətgahında keçirilən illik mətbuat konfransında hesabatla çıxış edib. Müxtəlif sektorlara yeni investisiyalar üçün təqribən 6 milyard dollar vəsaitin ayrılması gözlənilir ki, bu da hazırkı hökumətin təklif etdiyi ən böyük büdcədir.

“Bu, cari illə müqayisədə kəskin artımdır”, - deyə E. Svantesson bildirib.

Əvvəlki illərin büdcəsində hökumət inflyasiya ilə mübarizədən arqument kimi istifadə edərək, ehtiyatlı fiskal siyasətin həyata keçirilməsinə ümid bəsləyirdi.

“Biz artıq inflyasiya ilə mübarizəni birinci yerə qoymalıyıq. Biz iqtisadi böhran dövründə yaşayırıq, lakin indi biz bu mühitdən tədricən çıxırıq”, - deyə E.Svantesson vurğulayıb.

Sosial demokratların iqtisadi siyasət üzrə nümayəndəsi Mikael Dambergin sözlərinə görə, Avropa İttifaqında ən pis artım tempi İsveçdə müşahidə olunur. Ölkədə son on ildə ən yüksək işsizlik qeydə alınıb. O hesab edir ki, hökumət iqtisadi tənəzzülü yavaşlatmaq üçün tikinti, müdafiə sənayesi kimi bəzi sektorlara daha çox dəstək verməlidir.

İsveç Statistika İdarəsinə görə, keçən il tikinti sektorunda 9100 nəfər işsiz qalıb ki, bu da 2022-ci illə müqayisədə 154 faiz çoxdur.

Mətbuat konfransında büdcə bölgüsü açıqlanmayıb, lakin bir sıra sənaye sahələrinin milyardlarla vəsait tələb edəcəyi gözlənilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
17 gün əvvəl
366 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü...
  • 12 saat əvvəl
  • 69
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 14...
  • 1 gün əvvəl
  • 136
Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib
“Yaqi” qasırğasının yaxınlaşması ilə əlaqədar Vyetnamda sentyabrın 7-də yerinə...
  • 1 gün əvvəl
  • 142
Aynur Abbasova: Şuşa şəhərində coğrafiya müəllimi kimi fəaliyyət göstərəcəm
“Doğma Qarabağımıza, Şuşamıza qədəm qoyacağımız üçün çox sevincliyik”.Bu...
  • 1 gün əvvəl
  • 146
Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç...
  • 1 gün əvvəl
  • 149
Dünyanın ilk nüvə saatının prototipi hazırlanıb
Alimlər nüvə saatında tələb olunan əsas komponentləri müəyyənləşdiriblər və ilk...
  • 1 gün əvvəl
  • 154