İsveç hökuməti kənd təsərrüfatı subyektlərində spirtli içki ticarətinin bərpasını təklif edib

İsveç hökuməti kənd təsərrüfatı subyektlərində spirtli içki ticarətinin bərpasını təklif edib

İsveç hökuməti daha əvvəl qadağan edilmiş özəl təsərrüfatlarda spirtli içki ticarətinin mümkün tətbiqi barədə bəyanat yayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, hakim partiyalar fermerlərin İsveçin “Systembolaget” alkoqol inhisarı ilə rəqabətindən ehtiyat edərək, bu məsələni üç dəfə nəzərdən keçiriblər.

Sosial işlər naziri Yakob Forssmedin fikrincə, bu yay təqdim ediləcək təklif “Systembolaget”in fəaliyyətinə zərər gətirməməlidir.

“Alkoqol almaq üçün fermaya baş çəkmək pullu olacaq. Beləliklə, söhbət pərakəndə satışdan yox, ziyarətin artıq pullu olacağı qonaqpərvərlik sənayesindən gedir”, - deyə Forssmed mətbuat konfransında bildirib.

Baş nazir Ulf Kristersson kənd təsərrüfatı subyektlərindəki bu ticarəti “azadlıq islahatı” adlandırıb.

Təklif 600 istehsalçını əhatə edəcək və bütün alkoqollu içkilərə şamil olunacaq. Fermalarda alkoqol satışını “kustar və kiçik ticarət” adlandıran Yakob Forssmedin sözlərinə görə, istehsalçı ilə “Systembolaget” arasında əhəmiyyətli fərq olacaq.

Layihəyə görə, adambaşına 0,7 litr spirtli içki və üç litr şərab, alkoqollu pivə almağa icazə veriləcək. Əhalinin sağlamlığının qorunması məqsədilə bəzi tədbirlər tətbiq ediləcək. İstehsalçılar alkoqollu içkinin yaratdığı “risklər və zərərli təsirlər” barədə alıcılara məlumat verməlidirlər.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
441 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 12
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 23
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 25
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 36
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 41
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 47