İsveçdə həbsdə olan yeniyetmələrin sayı üç dəfə artıb

İsveçdə həbsdə olan yeniyetmələrin sayı üç dəfə artıb

İsveçdə cari ilin yanvar ayından bəri polis tərəfindən həbs edilmiş 15-17 yaş arası azyaşlıların sayı 271-ə çatıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, gənclər adətən qətl, adam öldürməyə cəhd, partlayışlar, silahdan istifadə və s. ilə bağlı ağır cinayətlərə görə həbsdədirlər.

Yeniyetmələr qeyri-qanuni odlu silaha və zorakı cinayətlər törətmək tapşırığına getdikcə daha çox çıxış əldə edirlər ki, bu da yeniyetmələrin çox vaxt məhkəmə qərarları ilə həbsə məhkum edilməsinə və sosial xidmət orqanlarının onlarla işləməkdən imtina etməsinə səbəb olur. İslah müəssisələrində yetkinlik yaşına çatmayanların ziyarətçilərlə gündəlik dörd saat ünsiyyət qurmaq, stolüstü oyunlar, filmlərə baxmaq və idman zalında məşq etmək qanuni hüququ var.

“Sollentuna” islah müəssisəsinin müfəttişi Aso Kazadenin sözlərinə görə, sosial şəbəkələrin və yeni kommunikasiya texnologiyalarının köməyi ilə layihələrin təşəbbüskarı olan və onlara rəhbərlik edən cinayətkar dəstə üzvləri və onları həyata keçirən azyaşlılar sayı artıb.

“Bizim azadlıqdan məhrum edilmiş bu qədər çox sayda azyaşlı ilə iş təcrübəmiz yoxdur, buna görə də bu, çətin məsələdir. Amma iş metodlarını tapmağı öyrənmişik. Biz elə etməliyik ki, eyni işdə şübhəli bilinən uşaqlar eyni bölmədə olmasın”, - deyə Kazade əlavə edib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
387 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ikinci sui-qəsd...
  • 14 dəq. əvvəl
  • 2
Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir
Fransa Prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi...
  • 1 saat əvvəl
  • 18
Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır
Bu günlərdə Bişkekdə Mərkəzi Asiya və Əfqanıstanda iqlim dəyişmələri məsələləri...
  • 2 saat əvvəl
  • 29
Belarusdakı diaspor üzvləri təltif ediliblər
Sentyabrın 17-də Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi...
  • 3 saat əvvəl
  • 31
Dünyaşöhrətli səyyah: Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi
“Özümü çox yaxşı hiss edirəm”.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu...
  • 4 saat əvvəl
  • 35
Azərbaycan cinayət məsuliyyətinə cəlb olunan üç Türkiyə vətəndaşını qarşı tərəfə təhvil verib
Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində...
  • 5 saat əvvəl
  • 43