İsveçdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

İsveçdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

İsveçin paytaxtı Stokholm şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, SAF İsveç-Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları və diaspor nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

SAF Assosiasiyasının sədri Sevda Dadaşova çıxış edərək tədbirin Azərbaycan Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cu il 30 dekabr tarixli Sərəncamı çərçivəsində təşkil edildiyini bildirib.

Sonra İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalı Naxçıvanın qədim tarixi və görkəmli şəxsiyyətlərindən danışıb. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının yenidən dirçəlişi və inkişafı Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün olub.

Tədbir zamanı isveçli fotoqraf və rejissor Mikael Silkeberq və İsveçdə yaşayan kinorejissor Rahim Sadıxbəyli Naxçıvanda çəkilmiş “Nuhun izi ilə” adlı birgə layihələri olan sənədli film barəsində məlumat verərək göstərdikləri dəstəyə görə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasına, Azərbaycanın İsveçdəki səfirliyinə və Diasporla iş üzrə Dövlət Komitəsinə yaradıcı heyət adından təşəkkür ediblər.

Çıxışlardan sonra tədbir iştirakçılarına Naxçıvanın səfalı və mənzərələri təbiətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin sonunda türk opera müğənnisi Burcu Kuru “Laçın” və ”Sənə də qalmaz” mahnılarını ifa edib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
26 gün əvvəl
492 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 20 dəq. əvvəl
  • 9
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 31 dəq. əvvəl
  • 10
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 1 saat əvvəl
  • 21
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 3 saat əvvəl
  • 35
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 4 saat əvvəl
  • 39
Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları əməkdaşlıq məsələlərini müzakirə ediblər
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə...
  • 5 saat əvvəl
  • 45