İtaliya hərbi gəmiləri 93 ildə ilk dəfə Yaponiyaya gedib

İtaliya hərbi gəmiləri 93 ildə ilk dəfə Yaponiyaya gedib

İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus müxtəlif gəmilər son 93 il ərzində ilk dəfə Yaponiyaya gedib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, iyulun əvvəlində Los-Ancelesdən yola düşən, Havay adalarında dayandıqdan sonra dənizdə ən uzun marşrutu (3630 mil) qət edən “Ameriqo Vespuççi” adlı tarixi yelkənli təlim gəmisi “Vespucci World Tour” çərçivəsində avqustun 26-da Tokioya çatıb. Yelkənli gəmi ilə yanaşı, göyərtəsində həm İtaliya Hərbi Hava Qüvvələrinə, həm də İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarələrin olduğu “Cavour” təyyarədaşıyan gəmisi, eləcə də “Alpino” və “Montecuccoli” freqatları Yaponiyaya gəlib.

Gəmilərin qarşılama mərasimində İtaliyanın müdafiə naziri Quido Krosetto və yaponiyalı həmkarı Minoru Kihara iştirak ediblər. İtaliyalı nazir ölkəsinin Hind-Sakit okean regionunda, o cümlədən Yaponiyada müdafiə və təhlükəsizliyin davamlığında maraqlı olduğunu bildirib.

Avqustun 26-da, həmçinin Tokioda təbliğat baxımından beynəlxalq sərgi olan İtaliya kəndinin (Villaggio Italia) açılış mərasimini baş tutub. Sərgi çərçivəsində İtaliya sənayesi, mədəniyyəti, incəsənəti, idmanı, tədqiqat, sənaye və innovasiyalarına həsr olunmuş 40-dan çox tədbir keçiriləcək.

Qeyd edək ki, “Ameriqo Vespuççi” gəmisi 2023-cü il iyulun 1-də Genuya limanından qlobal marşrut üzrə yola düşüb. Yaponiya gəminin dünya turunun 22-ci ölkəsidir və o, avqustun 30-dək gündoğar ölkədə qalacaq. Yelkənli gəmi 2025-ci il fevralın 11-dək beş qitədə 30-dan çox ölkəyə səfər edəcək.

Nihad Budaqov

Roma

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
16 gün əvvəl
363 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Lando Norris: Oskar özü üçün mübarizə aparır
Bakıda “McLaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Oskar Piastri lazım...
  • 18 dəq. əvvəl
  • 6
ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.AZƏRTAC-ın ABŞ Xəzinə...
  • 1 saat əvvəl
  • 20
Dünya Köçəri Oyunlarında növbəti medal
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya...
  • 2 saat əvvəl
  • 28
Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb
“Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur....
  • 3 saat əvvəl
  • 33
Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin...
  • 5 saat əvvəl
  • 40
Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı...
  • 6 saat əvvəl
  • 46