İtaliyada gəmi-bərədə yanğın olub, 300 nəfər təxliyə edilib
İtaliyanın Piombino limanından yola düşən gəmi-bərəsinin mühərrik bölməsində yanğın baş verib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Elba adası istiqamətində hərəkət edən “Corsica Sardinia Ferries” şirkətinə məxsus “Corsica Express” gəmi-bərəsinin göyərtəsində təxminən 300 nəfər olub. Mühərrik bölməsində tüstü aşkarlandıqdan sonra gəmi-bərə limana geri qayıdıb. Yanğın dərhal söndürülüb.
Əraziyə Sahil Mühafizə Xidmətinin patrul gəmiləri və mülki müdafiə qüvvələri cəlb olunub. Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Nihad Budaqov
Roma
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
26 gün əvvəl
391 dəfə oxundu
391 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)