“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

Bu gün Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tədbir “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə tədbirlər proqramı çərçivəsində reallaşır.

Tədbirdə açılış nitqi ilə çıxış edən nazir müavini Samir Məmmədov Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal rolundan bəhs edib:

“Rəqəmsallaşma və innovasiyanın gücündən yararlanaraq ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafın təmin edilməsi prinsipləri bizim gələcəyə baxışımızın əsasını təşkil edir. COP29 sammiti Azərbaycanın rəqəmsal transformasiya və innovativ həllərlə dayanıqlılıq, “yaşıl” iqtisadiyyat, o cümlədən təbiətin qorunması üzrə təşəbbüslərinin nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, texnologiya və səmərəlilik prinsiplərini birləşdirərək, biz iqtisadi artım və ekoloji məsuliyyətin bir araya gəldiyi dayanıqlı gələcəyi qura bilərik”, - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etməkdir. Tədbirdə dünyanın hər yerindən uğurlu modellər və strategiyalar nümayiş etdirilərək rəqəmsal transformasiya və ekoloji davamlılığın kəsişməsi araşdırılıb. Birgə müzakirələr və bilik mübadiləsi vasitəsilə iştirakçılar həm ekoloji, həm də sosial rifahı dəstəkləyən effektiv rəqəmsal strategiyaların həyata keçirilməsi ilə bağlı geniş anlayışlar irəli sürülüb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
4 gün əvvəl
339 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü...
  • 11 saat əvvəl
  • 65
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 14...
  • 1 gün əvvəl
  • 133
Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib
“Yaqi” qasırğasının yaxınlaşması ilə əlaqədar Vyetnamda sentyabrın 7-də yerinə...
  • 1 gün əvvəl
  • 139
Aynur Abbasova: Şuşa şəhərində coğrafiya müəllimi kimi fəaliyyət göstərəcəm
“Doğma Qarabağımıza, Şuşamıza qədəm qoyacağımız üçün çox sevincliyik”.Bu...
  • 1 gün əvvəl
  • 143
Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç...
  • 1 gün əvvəl
  • 146
Dünyanın ilk nüvə saatının prototipi hazırlanıb
Alimlər nüvə saatında tələb olunan əsas komponentləri müəyyənləşdiriblər və ilk...
  • 1 gün əvvəl
  • 151