Kalsium çatışmazlığı və əlamətləri

Sümük sağlamlığı dedikdə ağla gələn ilk mineral kalsiumdur. Kalsium çatışmazlığı müxtəlif problemlər yarada bilər. Skelet quruluşunun sağlam olması və düzgün işləməsi üçün vacib olan kalsium, əzələlər və bədənin digər hissəsi üçün xüsusi əhəmiyyət kəsb edir. Kalsium çatışmazlığının əlamətləri sümüklərdə həssaslıq, qırıqlıq və hətta sümüklərin əriməsi formasında ortaya çıxa bilər.

Kalsium nədir?

Kalsium nədir

Kalsium, əsasən süd məhsullarında, yaşıl tərəvəzlərdə olan mineraldır. Orqanizm mütamadi olaraq kalsiumla təmin edilməlidir. Uşaqlarda sümük inkişafını sürətləndirən kalsium, boy uzanması zamanı yaranan arzuolunmaz məqamların qarşısını alır. Kalsium əzələlərin büzülməsini və deformasiyaya uğramasını əngəlləyir. Həmçinin, bədənin güc itkisi yaşamasının qarşısını alır.

Kalsium çatışmazlığı nədir?

Kalsium çatışmazlığı

Kalsium çatışmazlığı, kalsium mineralının orqanizmdə qədərindən az olmasıdır. Kalsium çatışmazlığı müxtəlif qan testləri ilə müəyyən edilir. Testdə kalsium "CA" kimi qeyd olunur.

İnsanın qanının hər 100 qramında 8,8 - 10,4 milliqram kalsium olmalıdır.

Kalsium çatışmazlığı olan insanda yorğunluq, sümüklərin ağrıması, barmaq uclarında, dodaqlarda və digər həssas bölgələrdə uyuşma hiss edilir. Kalsium çatışmazlığı bəzi xəstəliklərə səbəb olur. Raxitizm, sümük əriməsi, osteomalaziya kimi sümük xəstəlikləri bunlara aiddir.

Hamilə və süd verən qadınların kalsiuma daha çox ehtiyacı var. Eyni zamanda veqanların, sümük problemləri olanların kalsium çatışmazlığı yaşaması ehtimalı daha yüksəkdir.

Kalsium çatışmazlığının səbəbləri

4 yaşdan yuxarı normal bir insanın gündə almalı olduğu kalsium miqdarı 800 milliqramdır. Bu nisbət insandan-insana dəyişə bilər. Kalsiumla zəngin qidalar yeyərək bu ehtiyacı qarşılaya bilərsiniz. Kalsium tərkibi aşağı olan qidalardan mütəmadi istifadə etmək ciddi problemlər yarada bilər.

D vitamini çatışmazlığı, maqnezium çatışmazlığı, müxtəlif xəstəliklərə görə dərman atmaq, yüksək miqdarda sod ium və fosfor istehlakı kalsium çatışmazlığına səbəb ola bilər. Kalsium çatışmazlığından əziyyət çəkənlər həkim məsləhəti altında qidalanmalıdırlar.

Kalsium çatışmazlığının səbəbləri

Kalsium çatışmazlığının əlamətləri

Kalsium çatışmazlığı müxtəlif problemlər yarada bilər. Bu problemlərin əksəriyyəti sümüklərlə bağlı artır. Kalsium çatışmazlığının əlamətləri aşağıdakılardır.

  • Asanlıqla qırıla bilən və həssas sümük quruluşu
  • İrəlilədikcə əmələ gələn sümük əriməsi
  • Bədənin həssas bölgələrində yanma, uyuşma və gərginlik
  • Güc itkisi, halsızlıq və yorğunluq
  • Dırnaqların qırılması
  • Dəridə quruluq
  • Uşaqlarda pozulmuş diş quruluşu
  • Yuxu problemi
  • Tez-tez xəstələnmək və xəstəliyi ağır keçirmək
  • Arıqlaya bilməmək və tez kökəlmək
  • Göz problemləri və gözdə katarak yaranması
  • Reql dönəmində şiddətli ağrı və şişkinlik hissi

Kalsiumla zəngin qidalar

Kalsiumla zəngin qidalar

Kalsium çatışmazlığını həkim tövsiyəsi olmadan aradan qaldırmaq çətindir. Ancaq hər halda kalsiumla zəngin qidalara üstünlük vermək gərəkdir. Kalsiumla zəngin qidaları təqdim edirik.

Kalsiumla zəngin süd məhsulları

İnək südü, pendir, yoğurt

Kalsium tərkibli ət məhsulları:

Hinduşqa, qılınc balığı və digər balıqlar, kardies

Kalsium tərkibli tərəvəzlər:

İspanaq, brokoli, kərəviz, roka, kök, lobya, sarımsaq

Kalsiumla zəngin meyvələr:

Əncir, ərik, portağal, banan, kivi.

Bu qidaların tərkibində çoxlu miqdarda kalsium var. Kalsium çatışmazlığı yaşamamaq, sümük xəstəlikləri ilə qarşılaşmamaq üçün kalsium tərkibli qidalara üstünlük verin.

Məqaləyə emosiya bildir:
emotion
14
emotion
0
emotion
0
emotion
0
emotion
2
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
8551 dəfə oxundu
ilk.az-çılar nə deyir?