Kişi saç modelləri 2021

Kişilər də ən az qadınlar qədər saçlarının formasına, modelinə diqqət yetirirlər. Bəs hansı saç modelinə üstünlük vermək gərəkdir? Bununla bağlı ətraflı məlumatı təqdim edirik.

2021-ci ilin ən yaxşı kişi saç modelləri

1. Düz-qısa saç modeli

Düz-qısa saç modeli

Bir çox kişilər qısa saç düzümləri olduğu üçün saçlarına forma verməkdə çətinlik çəkirlər. Bu vəziyyəti düzəltmək üçün qısa saç modellərinə dəyişiklik edə bilərsiniz. Qısa və düz saç düzümü istifadə edənlər yanlarını çox qısa kəsdirə və üstlərini uzada bilərlər. Bu şəkildə saçlarınız gözəl bir görünüşə sahib olacaq və yanlardan qabarmayacaq. Wax və ya Jole modelindən istifadə etmək olar. Saçlarınız eyni uzunluqdadırsa bu modelə üstünlük verə bilərsiniz.

2. Üç nömrəli saç modeli

Üç nömrəli saç modeli

3 nömrəli saç düzümü dünyada populyar olan kişi saç modelləri arasındadır. Bir çox kişi bu modeldən istifadə edir. Bəs hər kəsə yaraşdığı düşünülən 3 nömrəli saç modelləri hansılardır? Üç nömrəli saç düzümü əvvəllər saçların hər yerinin 3 nömrəylə kəsilməsi kimi bilinirdi. Günümüzdə isə bu forma dəyişib. Bir çox kişinin 3 nömrəli saç modelinə üstünlük verməsinin səbəbi saçların tökülməsi və qırılması ilə bağlıdır. 3 nömrəli saç modeli başın quruluşu ilə düz mütənasibdir. Başınızın arxasında yuvarlaq və ya oval bir forma varsa, 3 nömrəli saç modeli sizə görədir.

3. Uzun saç modeli

Uzun saç modeli

2021-ci ildə dəbdə olan kişi saç modellərindən istifadə edərək diqqətləri üzərinizə toplaya bilərsiniz. Ən gözəl uzun saç modelləri hansılardır? İlk növbədə təbii dalğalı saç modelini təqdim edirik. Uzun saç modelləri arasında ən məşhurudur. Saçlarınız uzundursa, bu modeldən istifadə edə bilərsiniz. Düz saçları xəfif şəkildə dalğalı formaya da gətirmək olar.

4. Topuz saç modeli

Topuz saç modeli

Kişi uzun saç modelləri arasında ən məşhurlarından biri də "Man Bun" adlanan modeldir. Uzun saçlı kişilərin istifadə etdiyi saç modelləri arasında olan "Man Bun" modeli, qadınların topuz saç modelinə bənzəyir. Bu modeldə saçlar arxada topuz formasında yığılır.

5. Dağınıq topuz - At quyruğu saç modeli

Dağınıq topuz

"Man Bun" saç modelinin fərqli bir növü dağınıq uzun və ya at quyruğu saç modelidir. 2021-ci ildə kişilərin ən çox üstünlük verdiyi saç modellərindən biridir.

6. Mohawk kişi saç modeli

Mohawk kişi saç modeli

Kişilərin istifadə etdiyi uzun saç modelləri arasında elə bir saç düzümü var ki, digərləri ilə müqayisədə çox diqqət çəkir. Bu, Mohawk saç modelidir. Saçlarınızın bir hissəsini uzatmaq istəyirsinizsə, Mohawk saç modelindən istifadə edə bilərsiniz.

7. Asimmetrik saç kəsimi modeli

Asimmetrik saç kəsimi modeli

Düz və dalğalı saçlı kişilər üçün moda dünyasındakı yenilikləri ilə özünü göstərən asimmetrik saç düzümü kişilərin ən çox bəyəndiyi modellərdən biridir. Bucaqlı üz xüsusiyyətlərinə sahib olanlar bunu aradan qaldırmaq üçün bu modeldən istifadə edirlər.

8. Orta uzunluqlu saç kəsimi modeli

Orta uzunluqlu saç kəsimi modeli

Xüsusilə qalın və orta uzunluqlu saçları olanlar üçün ən ideal modellərdən biridir. Bu saç kəsimində yanlar qısa, orta və ön hissə isə uzun saxlanılır. İlin ən məşhur saç modelləri arasındadır.

9. Önləri uzun saç modeli

Önləri uzun saç modeli

Havalı bir saç düzümünə sahib olmaq istəyirsinizsə, bu model əsl sizə görədir. Önləri uzun saç modeli yeni mövsümdə də kişilərin ən çox sevdiyi saç modellərindən biridir. Fərqli görüntü bəxş edərək diqqəti üzərinə çəkir.

10. Kəskin xətli saç modeli

Kəskin xətli saç modeli

Son zamanlar kişilər arasında geniş istifadə olunan kəskin xətli saç düzümü 2021-ci ildə də populyardır. Saçlarınızı uzatdıqdan sonra bərbərinizdən kəskin xətli saç modeli düzəltməsini istəyə bilərsiniz.

11. Qarışıq saç modeli

Qarışıq saç modeli

Kişilər üçün ən asan saç modeli qarışıq saç modelidir. Saçlarınız dalğalı və ön tərəfdən bir qədər uzundursa, bu modelə müraciət etmək olar. Qarışıq saç modeli fərqli bir görünüş yaradacaq. 2021-ci ildə xüsusən məşhurdur.

12. Dağınıq dalğalı saç modeli

Dağınıq dalğalı saç modeli

Dağınıq dalğalı saçlar kişilər üçün ən gözəl modellərdən biridir. Qeyri-adi saç stili axtaranlar bu modelə üstünlük verə bilərlər. Saqqalların tamamilə kəsilməsi ilə daha gözəl görünən dağınıq dalğalı saçlar bu il də populyarlığını qorumaqdadır.

13. Uzun və düz saç modeli

Uzun və düz saç modeli

Uzun saçlar bəzi kişilərin də üstünlük verdiyi saç modelidir. Qulluq etmək daha çətin olsa da, bu mövzuda özünə güvənən kişilər saçlarını uzatmaqdan çəkinmirlər. Saçlarınızı uzadaraq bu modeldə saç düzümünə sahib ola bilərsiniz. Burada saçlara qulluq, düzgün şampun və kremlərdən istifadə etmək vacib məqamdır.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
13941 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (3)
Mir (1 il əvvəl)
Güzel
Ozan (2 il əvvəl)
Beyenmedim
Ayan (2 il əvvəl)
İyrənc bəyənmədim
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 929
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1269
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1629
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1034
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2002
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4392