Kokoslu peçenyenin hazırlanma qaydası

Bu kokoslu peçenyelər həm kövrək, həm yumşaq, həm də ki bir qədər xırt-xırtdırlar. Hazırlanması asan, qurtarması isə ondan da asan bu peçenyeləri bəyənəcəyinizə ümid edirəm.

Kokoslu peçenye

Kokoslu Peçenye

25 ədəd peçenye üçün

Ərzaqlar:

  • 130 qram kərə yağı – otaq hərarətində yumşaldılmış
  • 160 qram şəkər tozu (stəkanın 3/4-ü)
  • 2 yumurta
  • 100 qram un (stəkanın 2/3-ü)
  • 200 qram kokos yonqarı

Hazırlanma qaydası:

Kokoslu peçenyenin hazırlanma qaydasının 1ci hissəsi

Əvvəlcə kərə yağını şəkər tozu ilə bir neçə dəqiqə mikserlə çalın. Ayrı qabda yumurtaları rəngi bir az açılanadək bir neçə dəqiqə çalın.

Kokoslu peçenyenin tərkibi

Yumurtanı yağlı kütləyə əlavə edib qarışdırın.

Kokoslu peçenye yemek

Unu və kokos yonqarını da buraya əlavə edib əlinizlə xəmir yoğurun.

Kokoslu peçenye xəmiri

Xəmir yumşaq olub bir qədər ələ yapışmalıdır. Xəmiri kündələyib və üstünü örtüb 30 dəqiqəlik soyuducuya qoyun.

Sobanı 180Cdək qızdırın. 2 iri listin üstünə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm). Soyuducudan çıxartdığınız xəmirdən 25 ədəd qoz boyda parça qopardıb əlinizlə yumrulayın. Listlərə bir-birindən aralı olmaq şərtilə düzün.

Kokoslu peçenyeni necə hazırlayırlar

Peçenyeləri 20 dəqiqə, yaxud kənarları bir qədər qızarıb üstləri çox az qızaranadək bişirin. Peçenyeləri sobadan çıxardıb listdə soyudun (isti peçenyelər kövrək olduğuna görə soyumaları mütləqdir). 

Kokoslu peçenye qabda

Soyumuş peçenyeləri qaba düzüb süfrəyə verin.

azcookbook.com

Məqaləyə emosiya bildir:
4 il əvvəl
6390 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 6 ay əvvəl
  • 1439
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 8 ay əvvəl
  • 1829
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 9 ay əvvəl
  • 2003
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 10 ay əvvəl
  • 1346
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 1 il əvvəl
  • 2398
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 1 il əvvəl
  • 4804