Koreya təşkil olunan yay məktəbinin iştirakçısı: Yeni biliklər əldə etdik
Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) elektrik mühəndisliyi ixtisasının tələbəsi Nəzrin Nurullayeva proqram çərçivəsində Koreya Respublikasında təşkil olunan yay məktəbində iştirak edib.
Bu barədə BMU-dan məlumat verilib. Təəssüratını bölüşən N.Nurullayeva bildirib ki, üçhəftəlik yay məktəbi olduqca səmərəli keçib. Yay məktəbində müxtəlif fənnlər tədris olunub, yerli və xarici müəllimlərin mühazirələri təqdim edilib: “Sinxronlaşmış beynəlxalq təhsil sistemi vasitəsilə yeni biliklər əldə etdik. Həmçinin Cənubi Koreyanın avtomobil istehsalçıları olan “Hyundaı” və “KIA”, eləcə də dünyada elektronika satışı ilə məşğul olan “Samsung”, “LG” kimi nüfuzlu şirkətləri ziyarət etmək, istehsal prosesi ilə tanışlıq bizdə böyük məmnunluq yaratdı. Koreya mədəniyyəti ilə yaxından tanış olmaq, oradakı insanlarla ünsiyyət isə bizə dil bacarıqlarımızın artmasında böyük kömək etdi”.
O, yay məktəbində qazanılan biliklərin onların yaxşı mütəxəssis kimi yetişmələrinə təsir göstərəcəyinə əminliyini vurğulayıb.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
333 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)