Koronavirus (coronavirus) insana necə keçir? Koronavirusun ilkin əlamətləri və müalicə üsulları

Koronavirus soyuqdəymə ilə əlaqəli olan Orta Şərq Tənəffüs Sindromu (MERS-CoV) və Şiddətli Respirator Sindromu SARS-CoV) kimi ciddi xəstəliklərin əsas mənbəyi olaraq bilinir.

Xüsusilə, 2019-cu ilin son dövründə ortaya çıxan və 2020-ci ildə intensiv olaraq görünən bu virus yeni bir koronavirus (nCOV) modeli ilə dünyanı qorxuya saldı.

Tədqiqatlar koronavirusların zoonotik, yəni heyvanlardan insanlara ötürülə bilən bir virus olduğunu göstərir. Elm adamlarının ətraflı araşdırmaları nəticəsində SARS-CoV-un müşk pişiyindən insanlara yoluxduğu, MERS-CoV-un isə tək hörgüclü dəvələrdən insanlara keçdiyi məlum olub. Digər tərəfdən, elm adamları bəzi məlum koronavirusların heyvanlarda olduğunu və hələ insanlara yoluxmadığını söyləyirlər. Dünyada SARS-CoV və MERS-CoV-un necə yayıldığı araşdırırldığı bir vaxtda 2019-cu ilin son rübündə ortaya çıxan və 2020-ci ilin əvvəlində minlərlə insanın həyatına son qoyan yeni növ koronavirusla mübarizə davam edir.

Başda çinin Vuhan şəhəri olmaqla, dünyanın hər yerinə yayılan virus 137 mindən çox insana keçib. Ölənlərin sayı isə 5000-dən çoxdur. 2019 n-CoV asanlıqla insandan insana ötürülə bilər.

120-dən çox ölkədə yayılmış ölümcül virus necə yayılır?
  • Bir-biri ilə sıx əlaqədə olan insanlar arasında,
  • Yoluxmuş şəxsin tənəffüs damlaları ilə,
  • Öskürək və asqıraqla,
  • Toxunmaq və ya salamlaşmaq kimi yaxın təmasla,
  • Virus olan elementə və ya səthə toxunduqda, (toxunduqdan sonra əlinizi ağzınıza, burnunuza və gözlərinizə çəkirsinizsə)

Yuxarıda göstərilən hallar COVID-2019 virusunun insanlara necə keçdiyi göstərir. Tədqiqatlar səthlər və ya əşyalarla təmas yolu ilə ötürülmənin çətin olduğunu göstərsə də, koronavirusun yayılmasında əsas səbəb yoluxmuş insanın tənəffüs damlalarının yaxın ətrafdakı insanlar tərəfindən nəfəs yolu ilə udulmasıdır.

Koronavirusun simptomları (ilkin əlamətləri) hansılardır?

Koronavirus xəstəliyi

Dünyada koronavirus (COVID-19) virusu olan şəxslərdə ən çox görülən simptomlar bunlardır:

  • Hərarət
  • öskürək
  • Bədəndəki ağrı
  • Nəfəs darlığı
  • Qusma
  • İshal
  • Yorğunluq
  • Boğaz ağrısı
  • Baş ağrısı
  • Ürək bulanması
  • Orqanlarda ağrı və sancı

Yuxarıda göstərilən simptomları olan xəstələrin dəqiqliklə koronavirusa yoluxduğunu söyləmək olmaz. Bu simptomlar çoxlu xəstəliyin əlamətidir. Nadir hallarda bu simptomlar ciddi nəfəs problemləri, böyrək çatışmazlığı və ya ölümlə nəticələnə bilər.

Göstərilən simptomların birini və ya bir neçəsini (qızdırma, öskürək, nəfəs darlığı, nəfəs almaqda çətinlik çəkən və s.)daşıyan şəxslərin hər hansı bir tibb müəssisəsinə zəng etməsi və həkimlə görüşməsi lazımdır. Birbaşa xəstəxanaya getmək əvəzinə, ilk növbədə bir telefon danışığı sizin və ətrafınız üçün son dərəcə vacib olacaqdır.

Telefon danışığı zamanı son 2 həftədə koronavirus epidemiyasının sıx yayıldığı (Çin, İtaliya, İran, Cənubi Koreya və s.) ölkələrə gedib-getmədiyinizi bildirin. Koronavirusa yoluxmuş birinin yaxınlığında yaşadığınızdan şübhələnirsinizsə, bu barədə tibb işçilərinə məlumat verin. Ən qısa vaxtda sizə tibbi yardım ediləcək.

Yeni koronavirus insanlara necə yoluxdu?

Yeni koronavirus

COVID-19 adlanan yeni koronavirus ilk dəfə Çinin Vuhan şəhərində 2019-cu ilin dekabrında ortaya çıxdı. Yeni növ koronavirusun mənbəyinin Çinin Vuhan şəhərindəki dəniz məhsulları bazarına bağlı olduğu söylənilir. Digər tərəfdən, bazara gələn bəzi insanlarda yeni koronavirusun səbəb olduğu viral pnevmoniya (sətəlcəm) yaratdığı aşkarlanıb. 25 yanvar 2020-ci il tarixdə aparılan tədqiqatlar göstərir ki, ilk koronavirusa yoluxan şəxs 1 dekabr 2019-cu ildə xəstələnib və dəniz məhsulları bazarı ilə hər hansı əlaqəsi yoxdur. u gün yüz minlərlə səhiyyə müəssisəsi Korona Virusunun necə ortaya çıxması və yayılması ilə bağlı araşdırmalarını davam etdirir.

Koronavirus insandan insana keçir?

Koronavirus tutmuş insanlar

lk baxışdan, heyvandan insana ötürülə bilən bir virus, zamanla şaxələnən yeni növ COVID-19 xəstəliyi ilə insandan insana asanlıqla ötürülə bilən epidemiyaya çevrildi. Virusun sürətlə yayılmasının əsas səbəbi də budur. Ümumiyyətlə yaxın təmasda olan insanlar arasında daha asan yayılan koronavirus, yoluxmuş birinin öskürəyi və ya asqırağı zamanı yaranan tənəffüs damlalarından keçir. Digər tərəfdən, virusun olduğu nəsnə və əşyalarla təmas yaratdıqdan sonra əlini ağzına, gözünə və burnuna vurmaq yoluxmaya gətirib çıxara bilər.

Bəs virusun yayılması asandırmı? Bu, bir qədər mürəkkəb məsələdir. Bu, immunitet sistemindən qidalanmaya, gigiyenadan məsafəyə qədər bir çox fərqli amilə bağlı ola bilər.

Koronavirus necə yayılır?

Koronavirus necə yayılır

Dünyanın hər yerində insanları qorxuya salan koronavirus necə yayılır? Son məlumatlar göstərir ki, koronavirus insandan insana ötürülə bilər. Bu proses gələcəkdə yüz minlərlə insanı əhatə edə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla, digər səhiyyə təşkilatları virusu yaxından müşahidə edirlər.

Koronavirusun inkubasiya dövrü nədir?

Koronavirus yayılması

Hər gün yüzlərlə insanın həyatına son qoyan virus dünyanın fərqli yerlərində şaxələnir. Bəs koronavirusun inkubasiya dövrü nədir? Virusa məruz qalan şəxslərin 14 gün ərzində müxtəlif semptomlarla ortaya çıxdığını bildirilir. Yəni koronavirus şübhəsi ilə karantində olan şəxslər 14 gün nəzarətdə saxlanılırlar.

Koronavirusun müalicəsi mümkündür?

Koronavirusun müalicəsi

Məlumdur ki, elm adamları hər gün sürətlə yayılan və minlərlə insanın ölümünə səbəb olan korona virusu müalicəsi üzərində işləyirlər. Bəzi elm adamları tərəfindən virusun müalicə üsulunun tapıldığı açıqlansa da, dünyada qəbul edilən dəqiq bir müalicə metodu aşkarlanmayıb. Bu səbəbdən, sağlamlıq müəssisələri xəstələrdə görünən kliniki simptomları (məsələn, hərarət, qusma, nəfəs darlığı) müalicə edirlər.

Oxşar məqaləmiz:
Məqaləyə emosiya bildir:
emotion
16
emotion
6
emotion
6
emotion
6
emotion
4
emotion
10
emotion
12
Dostlarınla paylaş:
4 il əvvəl
8551 dəfə oxundu
ilk.az-çılar nə deyir?