Koronavirus pandemiyası dövründə dövlətlər tərəfindən görülən qəribə tədbirlər

2019-cu ilin dekabr ayında Çinin Wuhan şəhərində meydana çıxan və qısa müddətdə bütün dünyanı təsiri altına alan koronavirus (COVID-19) yayılmaqda davam edir. Dövlətlər xəstəliyin qarşısını almaq üçün müəyyən tədbirlər görürlər. Bu məqaləmizdə qeyri-adi tədbirlərdən bəhs edəcəyik.

1. Panama

Mərkəzi Amerika ölkəsi olan Panamada yoluxma sayı artdıqda hökumət cinsiyyətə əsaslanan tədbir həyata keçirdi. Açıqlanan qərara görə, qadınlar və kişilər fərqli saat aralıqlarında yalnız 2 saatlıq çölə çıxa bilərlər. Bazar günləri heç kim çölə çıxa bilməyəcək.

Panama bayrağı

2. Kolumbiya

Koronavirusla qeyri-adi tədbir görən ölkələrdən biri də kolumbiyadır. Ölkənin bəzi şəhərlərində insanlar şəxsiyyət vəsiqələrinin son nömrələrinə görə çölə çıxa bilirlər. Beləliklə, kütləvi şəkildə küçəyə çıxmağın qarşısı alınır. Məsələn, Barrancabermeja qəsəbəsində şəxsiyyət vəsiqəsinin nömrəsi 0, 7 və 4 ilə bitənlər bazar ertəsi, 1, 8 və 5 ilə bitənlər isə çərşənbə axşamı çölə çıxa bilərlər.

Kolumbiya bayrağı

3. Serbiya

Serbiya hökuməti koronavirusla mübarizə üçün maraqlı bir tədbir həyata keçirdi və iti olan şəxslərə qadağa qoydu. Qadağaya görə, itləri yalnız saat 20:00-dan və 21:00-a qədər qəzdirmək olar. Heyvan sahibləri bu qərara etiraz etdi. Etirazlar artdıqdan sonra bu qadağa ləğv olundu. Çünki evlərdə gigiyenik problemlər meydana gələ bilərdi.

Serbiya bayrağı

4. Belarusiya

Ölkədə virusla bağlı sosial məsafə tədbirləri həyata keçirilmədi. Belarusiya Prezidenti Aleksandr Lukaşenko “virusun ətrafda uçuşduğunu görmədiyim üçün sosial məsafə saxlamağa ehtiyac yoxdur” deyə açıqlama verib. Lukaşenkonun koronavirusdan qorunmaq üçün yeganə tövsiyəsi bol araq içmək və saunaya getmək idi.

Belarus bayrağı

5. İsveç

İsveçdə ilk tətbiq olunan qadağa 50 nəfərlik qrupların bir yerə toplaşmağı ilə bağlı idi. 16 yaşadək şagirdlər İsveçdə hələ də məktəbə gedirlər. Hökumət vətəndaşların düzgün və məntiqli davranacaqlarına etibar edir.

İsveç bayrağı

6. Malayziya

Malayziyada hökumət koronavirüs epidemiyası ilə bağlı cinsiyyətçi tövsiyələrlə yadda qaldı. Virusdan qorunmaq üçün asılan afişalarda qadınların evdə şıq geyinmələri, makiyaj etmələri və çox danışaraq kişiləri narahat etməmələri tövsiyə olundu. İnsanların narazılığından sonra bu afişalar aradan qaldırıldı.

Malayziya bayrağı

7. Türkmənistan

Türkmənistan hökuməti koronavirusla bağlı qəribə bir tədbir gördü və koronavirus sözünün istifadəsini və maska taxılmasını qadağan etdi. “Azatlyk Radiosy” adlı radio kanalında xalq arasında mülki geyimli agentlərin olduğu və koronavirusdan danışanların həbs edildiyi bildirilib.

Türkmənistan bayrağı

8. Avstriya

Avstriya, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “maskanı xəstə insanlar taxmalıdır” tövsiyəsinə məhəl qoymayaraq supermarketlərdə maska taxmaqla bağlı qərar qəbul etdi.

Avstriya bayrağı

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
4760 dəfə oxundu
ilk.az-çılar nə deyir?