Koronavirusa qarşı fərdi baxımdan nəzərə alınmalı 10 vacib şey

Dünyada pandemiyaya səbəb olan koronavirus səbəbindən insanlar gigiyenik qaydalara daha çox diqqət yetirməlidirlər. Sağlamlığınızı itirməmək və epidemiya xəstəliklərindən qorunmaq üçün şəxsi qulluq zamanı bəzi şeylərə diqqət etmək lazımdır.

Pandemiya baş verdiyi bu günlərdə insanlar sağlam qalmaları və başqalarına zərər verməmələri üçün gigiyenik qaydalar riayət etməlidir. Əl-üzünüzü yuyaraq, vana qəbul edərək, ağzını təmiz saxlayaraq buna nail olmaq mümkündür. Gündəlik həyatda koronavirus kimi epidemiyalara tutulmamaq üçün 10 məqamı təqdim edirik:

1. Əl və dırnaq təmizliyi

Əl və dırnaq təmizliyi

Sağlamlığımız üçün təhlükə yaradan mikrob və bakteriyaların ən çox təmas etdiyi nöqtə əllərimizdir. Bununla yanaşı gündəlik həyatda bədənimizdə ən çox mikrob, göbələk və bakteriya saxlayan orqanımız da məhz əllərimizdir. Mövsümi dəyişikliklər zamanı da əl və dırnaq təmizliyinə diqqət yetirməliyik. Əllərimizin quruluşu nəmli olduğu üçün bu bölgələrdə yığılan mikroblar xüsusən çoxdur. Evə gəldikdə yeməkdən əvvəl və sonra əllərinizi maye sabunla yuyun.

2. Üz və boyun təmizliyi

Üz və boyun təmizliyi

Üz və boyun təmizliyi şəxsi baxımınızda nəzərə alınacaq ən vacib yerlərdən biridir. Hər gün duş ala və bütün bədəninizi şampun və duş gelləri ilə təmizləyə bilərsiniz. Əgər belə bir imkanınız yoxdursa, heç olmasa, üzünüzə, boyunuza və qulaqlarınıza qulluq etməlisiniz. Çünki gündəlik həyatımızda dəfələrlə üzümüzə, qulağımıza və ya gözlərimizə əllərimizlə toxunaraq burada mikrobların əmələ gəlməsinə səbəb oluruq. Buna görə üz və boyun təmizliyinə fikir verməliyik.

3. Saçları şampunla yumaq

Saçları şampunla yumaq

Yuxarıda qeyd etdiyimiz kimi, xəstəliklərdən və mikroblardan qurtulmaq üçün mütləq duş qəbul etməliyik və bunun üçün saçlarımızın təmizliyinə və baxımına diqqət yetirməliyik. Çöldə olarkən saçlarımıza bəzi mikroblar hopur.

Duş qəbul edərkən çoxlu miqdarda su və şampun istifadə etmək lazımdır. Ozonlu şampunlara üstünlük vermək gərəkdir. Diamond Hair Ozonic gündəlik şampunu ilə baş dərinizdəki mikrobları təmizləyə bilərsiniz. Saçlarınızı hər səhər və axşam masaj edərək ciddi tədbirə əl atmış olarsınız.

4. Ağızın təmiz saxlanılması

Ağızın təmiz saxlanılması

Xəstəlik - epidemiya dövrlərində ağız təmizliyinə fikir verməliyik. Həzm sisteminin ağızdan başladığını düşünsək, ağız gigiyenasına çox diqqət yetirməliyik. Kənarda olduğumuz müddətdə əllərimiz ağzımıza toxuna bilər, mikroblora yoluxma təhlükəsiylə üzləşərik. İmkan varsa, dişlərinizi çöldə fırçalayın və qarqara edin. Fürsət yoxdursa, evə gəldikdə ilk olaraq əlvə dırnaq, sonra isə ağız təmizliyinə diqqət yetirin.

5. Ayaqların təmizliyi

Ayaqların təmizliyi

Bəlkə də ayaqlarımız bədənimizdə hava axınının ən az olduğu və qapalı şəkildə qalan yerdir. Bununla belə, ayaqları hər gün yumaq lazımdır. Ayaqlarınızı sabunla yuyun və yaxşı qurulayın. Çünki nəm olduqda göbələk yarana bilər. Ayaqların iy verməməsi üçün ayaqqabı və corab seçimində diqqətli olmalısınız.

6. Evin təmizlənməsi

Evin təmizlənməsi

Evin təmiz olması da vacib məqamlardandır. və girən hər kəsin toxunduğu yerlər mikrobların əmələ gəlməsi və yayılması üçün ən təhlükəli yerlərdir. Bədənimizi təmiz saxladığımız kimi, evimizin də təmizliyinə fikir verməliyik. Otaqları hər gün 20-30 dəqiqə havalandırmaq, yataq üzlərini 2 gündən bir dəyişdirmək və rütubəti 10-15 faiz civarında saxlamaq kifayət edər.

7. Mətbəxin təmizlənməsi

Mətbəxin təmizlənməsi

Mətbəxin təmizliyi ev təmizlənməsində ən vacib detallardan biridir. Mətbəxdəki zibil qutusunun ağzı mütləq bağlı saxlanılmalıdır. Bundan əlavə, qablar dərhal yuyulmalı, dolablar təmiz saxlanılmalıdır. Bəzi mütəxəssislər mikrobları öldürmək üçün sirkə istifadə etməyi məsləhət görürlər. Xüsusilə alma sirkəsinə üstünlük verə bilərsiniz.

8. Tualet və hamam təmizliyi

Tualet və hamam təmizliyi

Şəxsi ehtiyaclarımızı yerinə yetirdiyimiz və təmiz olması vacib yerlərdən biri də tualet və vanna otağıdır. Daim nəmli olduğunu nəzərə alsaq, bu yerlər hər gün təmizlənməli, yuyulmalı və qurulanmalıdır. Yuyucu toz istifadə edərək mikrobları məhv edə bilərsiniz. Nəm salfetlər və tualet kağızı saxlamağa diqqət etməlisiniz. Eyni zamanda, bu ərazilərdə havalandırma daim açıq olmalıdır. Tualet və vanna otağını təmiz saxlamaq sağlamlığınız üçün vacibdir.

9. İş masasının təmizlənməsi

İş masasının təmizlənməsi

Evimizi təmizləmək əsas vəzifələrimizdən biridir. Bu sahələrdən biri də iş masasıdır. Hər gün başında oturduğumuz, davamlı olaraq toxunduğumuz masanı silmləli, tozunu almalıyıq.

10. Çöldən evə gəldikdə edilməsi lazım olanlar

Əlləri necə sabunlamalı

Küçələrdə xəstəliklərin olduğunu nəzərə alsaq, evə gəldikdə fərdi-gigiyenik qulluğunuza fikir verməlisiniz. Paltarlarınızı hamamda çıxarmalı və maşına atmalısınız. Sonra əl-üzünüzü, ayaqlarınızı sabunla yuyub, qurulayın. Paltarları yumaq imkanı yoxdursa, digər paltarlara toxunmadan silmək və havalandırmaq lazımdır.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
4 il əvvəl
6313 dəfə oxundu
ilk.az-çılar nə deyir?