Körpələrin yuxu rejimi - 2 yaşa kimi körpələr gündə neçə saat yatmalıdır?

Yenilənmə tarixi: 2023-09-12

Valideynlər tərəfindən ən çox verilən suallardan biri, körpələrinin yuxu rejimini necə qurmaqla bağlıdır. Valideynlər körpəsinin neçə saat və günün hansı vaxtında yatması barədə daim tərəddüd edirlər.

Yeni doğulmuş körpələr inkişafının böyük bir hissəsini yuxuda tamamlayırlar. Yuxu zamanı böyümə hormonunun ifraz olunması təkcə körpələrin böyüməsinə deyil, həm də istirahət etmələrinə və enerjilərini bərpa etmələrinə kömək edir. Hər körpənin yuxu tərzi fərqlidir. Bu səbəblə əvvəlcə körpənizi digər körpələrlə müqayisə etməkdən çəkinməlisiniz. Körpənizin gecə və gündüz yuxusu ilk aylarda bərabərdir. Növbəti aylarda gecə yuxusunun daha uzun sürdüyünü və körpənizin gündüz oyaq qalmasının artdığını görə bilərsiniz.

Uşaqların yuxu ehtiyacları yaşlarına görə dəyişir və hər uşaq fərqlidir. Ümumiyyətlə, 2 yaşlı uşaqların gündə orta hesabla 11-14 saat yatması tövsiyə olunur. Bununla belə, bəzi uşaqlar daha az yuxu ilə özlərini yaxşı hiss edə bilər, digərləri isə daha çox yuxuya ehtiyac duya bilər.

2 yaşındakı uşaqların yuxu vərdişləri fiziki fəaliyyətlər, pəhrizlər və ətraf mühit faktorları kimi bir çox faktordan asılı olaraq dəyişə bilər. Valideynlər olaraq, uşağınızın davranışlarını və enerji səviyyələrini müşahidə edərək onun yuxu ehtiyacını müəyyən etməyə cəhd edə bilərsiniz. Uşağınız oyandıqda dincəlmiş və enerjili görünürsə, onun yuxu ehtiyacını yaxşı qarşıladığınızı söyləyə bilərik.

Aylara görə yuxu saatları

1 aylıq körpənin yuxu rejimi

1 aylıq körpənin yuxu rejimi

İlk ayda körpələr günün çox hissəsini yuxuda keçirirlər. Günün 16-17 saatını yuxuda keçirən körpələr yalnız qidalanır və yatırlar. Körpələrdə qaz problemi 3-cü həftədən sonra başlayır. Bu səbəblə ilk üç həftədə ac olduqları üçün ağlayırlar. İlk ayda körpənizi tez-tez əmizdirməyiniz də tövsiyə olunur.

Qaz problemləri 3 həftədən sonra tədricən özünü göstərməyə başlayır. Bu dövrdə ananın müşahidəsi çox vacibdir. Körpənizin ağlama formasından nə baş verdiyini anlaya bilərsiniz.
Körpələr ilk ayda gecə ilə gündüzü ayırd edə bilmirlər. 2-ci həftədən etibarən körpənizi bu mövzuda xəbərdar edə bilərsiniz. Gündüzlər daha fəal olmalı, gecələr sakit davranmalısınız.

1-4 aylıq körpənin yuxu rejimi

1-4 aylıq körpənin yuxu rejimi

3-cü həftədən sonra başlayan qaz sancıları 4-cü aya qədər davam edir. Bu müddətdə körpəniz qaz ağrısı səbəbindən tez-tez narahat ola bilər. Bu dövrdə körpənizi 3 saatlıq fasilələrlə əmizdirməyiniz tövsiyə olunur. Ancaq qaz ağrılarının hakim olduğu bu dövrlərdə körpənizin normal yatması çətin olacaq.

Körpəniz gecə qidalanma ehtiyacı səbəbindən oyandıqdan sonra yenidən yuxuya gedir. Ancaq 3-cü həftədən sonra başlayan qaz problemi gecə qidalanma sonrası yuxu rejiminin pozulmasında təsirli rol oynayır.

Bu, körpənizin özbaşına yatmağı öyrənməsi üçün ideal bir dövrdür. Körpənizlə ehtiyatla rəftar etməli, alçaq səs tonu ilə danışmalısınız. Onun saçlarını oxşaya, belini ovxalaya və musiqi açaraq yuxuya keçməsini gözləyə bilərsiniz.

4-6 aylıq körpənin yuxu rejimi

4-6 aylıq körpənin yuxu rejimi

Qaz ağrılarının tədricən yox olduğu bu dövrdə körpəniz təkbaşına yatmağı öyrənməlidir. Əks təqdirdə, körpənizin bu müddətdə vaxt itirmədən öz-özünə yatması üçün cəhdlərə başlamalısınız.
Artıq körpəniz gündə 14-15 saat yatır və gecə 6 saat fasiləsiz yuxuda qala bilir. Əgər körpə həssasdırsa, daha sakit və tədbirli olmalısınız.

Bu müddətdə körpənizi erkən yatızdırıb, erkən oyatmalısınız. Əks təqdirdə, gecə ilə gündüzü ayıra bilməz.

6-9 aylıq körpənin yuxu rejimi

6-9 aylıq körpənin yuxu rejimi

6 aydan sonra körpənizin gecə və gündüz yuxu vaxtları tədricən dəyişməyə başlayır. Günün 14 saatını yuxuda keçirərlər və gecə 7 saat fasiləsiz yata bilərlər. Gecə yuxusuna əlavə olaraq, gündə iki dəfə - səhər və günortadan sonra qısa müddət yatmasını təmin etməlisiniz.

Bu dövrdə körpəniz iməkləməyə başlayır və daha aktiv olur. Bu hərəkətlilik yuxuya getməyi çətinləşdirə bilər. Bu dövrdə əvvəlki dövrlər üçün təklif etdiyimiz taktikaları tətbiq edə bilərsiniz.
Bu müddətdə körpənizin narahat olmamasına diqqət yetirməlisiniz. Eyni zamanda, yuxu saatlarını qorumaq vacib şərtdir.

9-12 aylıq körpənin yuxu rejimi

9-12 aylıq körpənin yuxu rejimi

Bu dövrdə yuxu rejiminin qorunmasında qətiyyətinizin və diqqətinizin böyük əhəmiyyətə malik olduğunu deyə bilərik. Tədricən körpəniz yuxuya daha davamlı olacaq. Körpəniz çox aktivdirsə və yatmağa meylli deyilsə, buna uyğun hərəkət etməli, onu yatızdırmağa çalışmalısınız.
Bu dövrdə körpəniz günün 12-13 saatını yuxuda keçirəcək. 12 saatlıq yuxu körpəniz üçün kifayət edəcək. Günortadan sonra 2 saatlıq yuxu müddəti körpənizin yuxu rejimi üçün çox vacibdir.

12-18 aylıq körpənin yuxu rejimi

12-18 aylıq körpənin yuxu rejimi

Bu dövrdə körpəniz üçün yuxu rejimi tədricən formalaşır. Körpəniz yuxu ehtiyaclarının çoxunu gecə təmin edərkən, günorta iki saatlıq yuxu onlar üçün kifayət edəcək. 1 yaşdan sonra günorta yuxusunu 1 dəfəyə endirin.

18-24 aylıq körpənin yuxu rejimi

18-24 aylıq körpənin yuxu rejimi

2 yaşındakı körpəniz gecə 10-12 saat yatarkən, günorta yalnız bir dəfə yatmalıdır. Körpəniz üçün maksimum 2 saatlıq gündüz yuxusu kifayətdir.

Əgər uşağınızın yuxu vərdişləri və ya yuxu vaxtları sizi narahat edirsə, pediatrla məsləhətləşmək faydalı ola bilər.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Körpələr haqqında digər faydalı məqalələrimiz:

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
2
emotion
1
emotion
1
emotion
3
emotion
1
emotion
1
Dostlarınla paylaş:
3 il əvvəl
5370 dəfə oxundu
ilk.az-çılar nə deyir?