Kukla teatrının beynəlxalq əlaqələri genişlənir

Kukla teatrının beynəlxalq əlaqələri genişlənir

Azərbaycan Dövlət Kukla Teatrı beynəlxalq miqyasda əlaqələrini genişləndirməkdə davam edir.

Teatrdan bildirilib ki, bu çərçivədə qardaş Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrı kollektivi ölkəmizdə səfərdədir.

Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrının direktoru Usmanatdin Mambetalievin başçılıq etdiyi teatr təmsilçiləri Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Azərbaycan Dövlət Kukla Teatrında iki sənət ocağının rəhbərinin iştirakı ilə əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi olub.

Sənəddə qarşılıqlı qastrol səfərlərinin təşkili, ustad-dərsləri, müştərək tamaşaların hazırlanması kimi məqamlar yer alıb. Bununla yanaşı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların xidmət və təcrübə mübadiləsi, yüksək səviyyəli milli və xarici səhnə əsərlərinin birgə yaradılması, habelə beynəlxalq festivallar, qastrol səfərlərinin təşkilində əməkdaşlıq, teatr sahəsində tərəflərin səmərəliliyin artırılması sənədin əsas mövzusudur.

Əməkdaşlığın əsas istiqamətləri və vəzifələrə gəlincə, müqavilənin əsas məqsədi tərəflər arasında, xüsusilə teatr sənəti və yaradıcılıq sahələrində müxtəlif mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.

Belə ki, tərəflərin əməkdaşlığı ilə tamaşaların yaradılması layihələrinin perspektiv planına uyğun olaraq prosesə Özbəkistanda azərbaycanlı rejissor, Azərbaycanda isə özbək rejissorun quruluşunda milli dramaturgiya nümunələrindən tamaşaların hazırlanması ilə başlanacaq. Sənəddə yaradıcı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların hazırlanması üzrə birgə tədris layihələrinin həyata keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə və onun özbəkistanlı həmkarı Usmanatdin Mambetaliev teatrın yaradıcılıq və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığın inkişafı üçün atılan addımların hər birinin kukla sənətinin inkişafı üçün əhəmiyyətli olduğunu bildiriblər. Bu mənada iki qardaş, dost ölkənin kukla teatrları təmsilçilərinin bir araya gəlməsindən məmnunluqlarını dilə gətiriblər.

Xatırladaq ki, səfər proqramına uyğun olaraq qaraqalpaqlı kuklaçıların təqdimatında iyunun 27-də Azərbaycan Dövlət Kukla Teatrında “Açıq qapı” günü çərçivəsində “Saray içindəki möcüzə” adlı tamaşa-konsert də təqdim olunacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
24 gün əvvəl
389 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 4 saat əvvəl
  • 33
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 5 saat əvvəl
  • 42
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 7 saat əvvəl
  • 51
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 8 saat əvvəl
  • 57
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 9 saat əvvəl
  • 68
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 10 saat əvvəl
  • 61