Kürdəmir rayonunda təsərrüfatların 70 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Kürdəmir rayonunda təsərrüfatların 70 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Kürdəmir rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.

Nazirlikdən bildirilib ki, Kürdəmir şəhərində şəbəkənin tikintisi başa çatmaq üzrədir. Şəhər mərkəzində 10200 təsərrüfatdan 2059 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Rayonun Mollakənd, Türkədi, Şilyan, Qarasu, Çöhranlı, Yeni Şıxımlı, Muradxan, Sor-Sor, Qağacılı, Xırdapay, Mürtülü, Şahsevən, Şıxımlı, Topalhəsənli, Atakişili, Qaraqocalı, Carlı, Quşlar, Ərşəli, Pirəköçə, Qocalı, Xəlsə, Qoçulu, Öyləqulu, Mehdili, Axtaçı, Axtaçı-Qarabucaq, Beyi, Dayıkazımlı, Qaramahmudlu, Ərəbxana, Çərtəyəz, Çöl-Ərəb, Şüşün, Köhünlü, Sovla, Söyüdlər, Qarasaqqal, Məhərrəmli kəndləri və Qarabucaq qəsəbəsində 15071 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.

Ümumilikdə, rayonda mövcud təsərrüfatların 70 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub. Hazırda rayon ərazisində 8715 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85 faizini təşkil edir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
8 gün əvvəl
373 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ticarət həcminin 30 milyard dollara çatdırılması nəzərdə tutulur
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Farhan Əl-Səud...
  • 21 dəq. əvvəl
  • 10
Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata...
  • 1 saat əvvəl
  • 21
Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
ABŞ hüquq-mühafizə orqanları Ağ evin keçmiş rəhbəri Donald Trampa sui-qəsddə şübhəli...
  • 1 saat əvvəl
  • 23
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt...
  • 3 saat əvvəl
  • 31
Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.AZƏRTAC...
  • 4 saat əvvəl
  • 39
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır
Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və...
  • 5 saat əvvəl
  • 53