“Kür”ün həndbolçusu: Yeni yaranan komanda üçün kuboku qazanmaq uğurlu nəticədir

“Kür”ün həndbolçusu: Yeni yaranan komanda üçün kuboku qazanmaq uğurlu nəticədir

“Bu titulu qazanmaq bizim üçün çox önəmli idi”.

Bu sözləri Azərbaycan Kubokunun qalibi olan “Kür” komandasının həndbolçusu Səkinə Musayeva deyib.

O, yeni yaranan komanda üçün bu nəticənin uğurlu olduğunu bildirib: “Ölkə çempionluğunu əldən verdiyimiz üçün bütün diqqətimizi kuboka yönəltmişdik. Meydanda sonadək üstün oynayan tərəf biz idik. “Azəryol”a qarşı sərgilədiyimiz performansı əvvəlki matçlarda da göstərə bilsəydik, liqanın qalibi olardıq”.

Həndbolçunun sözlərinə görə, mövsümün əvvəlində komandanın qarşısına çempionluq hədəfi də qoyulsa da, yalnız bir tapşırığın öhdəsindən gəlmək mümkün olub: “Ruhdan düşməyəcəyik. Növbəti mövsüm Azərbaycanı avrokuboklarda təmsil edəcəyik. Məqsəd beynəlxalq arenada daha irəli getməkdir. Məncə, gələn il fərqli komanda olacağıq”.

Yığma üzvü gələcək karyerası barədə isə hələlik qərar vermədiyini deyib.

Qeyd edək ki, “Kür” finalda “Azəryol”a 28:27 hesabı ilə qalib gələrək ölkə kubokunun sahibi olub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
459 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 24 dəq. əvvəl
  • 8
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 19
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 27
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 3 saat əvvəl
  • 35
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 38
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 45