Leyboristlər Partiyasının üzvlüyü son 10 ilin ən aşağı səviyyəsinə enib

Leyboristlər Partiyasının üzvlüyü son 10 ilin ən aşağı səviyyəsinə enib

Leyboristlər Partiyasının üzvlüyü Kir Starmer dövründə son 10 ilin ən aşağı səviyyəsinə enib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, partiya keçən il 37 min üzv itirib və 2023-cü ilin sonunda ümumi üzvlük sayı 370450 nəfər olub. Bu isə 2014-cü ildən bəri partiyada qeydə alınan ən aşağı göstəricidir. 2019-cu ildə Ceremi Korbinin Leyboristlər Partiyasının lideri olduğu zaman isə partiyada 532 min nəfər üzv olub.

Sayın azalması ilə seçki öncəsi xərcləri artıran partiya 851 min funt sterlinq zərər etdiyini açıqlayıb. Bu məbləğ, gözləniləndən daha kiçik kəsir olaraq qiymətləndirilir, çünki əvvəlcə partiyanın 2023-cü il ərzində 2,5 milyon funt sterlinq zərər edəcəyi proqnozlaşdırılmışdı.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
16 gün əvvəl
361 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü...
  • 11 saat əvvəl
  • 66
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 14...
  • 1 gün əvvəl
  • 134
Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib
“Yaqi” qasırğasının yaxınlaşması ilə əlaqədar Vyetnamda sentyabrın 7-də yerinə...
  • 1 gün əvvəl
  • 140
Aynur Abbasova: Şuşa şəhərində coğrafiya müəllimi kimi fəaliyyət göstərəcəm
“Doğma Qarabağımıza, Şuşamıza qədəm qoyacağımız üçün çox sevincliyik”.Bu...
  • 1 gün əvvəl
  • 144
Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç...
  • 1 gün əvvəl
  • 147
Dünyanın ilk nüvə saatının prototipi hazırlanıb
Alimlər nüvə saatında tələb olunan əsas komponentləri müəyyənləşdiriblər və ilk...
  • 1 gün əvvəl
  • 152