Limonla saç rəngini açmağın 5 üsulu

Limon saçlara müxtəlif üsullarla tətbiq oluna bilər. Xüsusən yay aylarında qadınların müraciət etdiyi bu üsullar saçların təbii yolla açılmasına kömək edir.

Limonla saçları açan üsulları təqdim edirik.

1. Adi limon suyu ilə saç açmaq

limon suyu

Tərkibi:

Bir ədəd boş şüşə, yarım stəkan limon suyu, yarım stəkan ilıq su, zeytun yağı.

Evdə rahatlıqla hazırlaya bilərsiniz. Qarışığı duş almadan əvvəl saçlarınıza sürtün. Sonra 1-2 saat günəş altında qalın. Bundan sonra quruyan saçlarınıza zeytun yağı çəkib 45 dəqiqə gözləyin.

2. Limon və darçınla saç rəngini açmaq

Limon və darçın

Tərkibi

3 limon, 2 paket çayı, 1 xörək qaşığı darçın, 1 xörək qaşığı badəm yağı

Bir stəkan yarım suyu qaynadıb kasaya tökün. İçərisinə paket çaylarını batırın. Çayın 10 dəqiqə dəmlənməsini gözləyin. Yarım stəkan limon suyunu və azca əridilmiş badəm yağını çaya əlavə edin. Yaxşıcaq arışdırdıqdan sonra bir şüşəyə töküb çalxalayın. Bu qarışığı saçlarınıza çəkin. Bu vasitədən iki gündən bir istifadə edin.

3. Limon və yoğurtla saçları açmaq

Limon və yoğurt

Tərkibi:

Yarım stəkan yoğurt, 2 qaşıq limon suyu, 2 qaşıq Hindistan qozu yağı, isti su, 4 ədəd paket çay

1 stəkan isti suyu şüşə qaba tökün və paket çayları içinə əlavə edin. 10 dəqiqə dəmlənməsini gözləyin. Paketləri çıxarıb soyumasını gözləyin. Yoğurt, limonlu su və Hindistan qozu yağı əlavə edin. Bu qarışığı saçlarınıza çəkin.

4. Limon və zeytun yağı ilə saçların rəngini açmaq

Limon və zeytun yağı

Tərkibi:

Limon, 4 qaşıq zeytun yağı

Bu qarışığı yaxşıca qarışdırıb saçlarınıza tətbiq edin. 10 dəqiqə günəşin altında qaldıqdan sonra saçlarınızı yuyun.

5. Limon və çobanyastığı çayı ilə saç rəngini açmaq

Limon saç rəngi

Tərkibi:

Limon suyu, 2 stəkan su, 10 paket çayı, 5 qaşıq Hindistan qozu yağı

2 stəkan suyu qaynadıb bir kasaya tökün. Paket çaylarını içinə qoyun. 10 dəqiqə dəmlənməsini gözləyin. Yarım stəkan limon suyunu və Hindistan qozu yağını çaya əlavə edin. Yaxşıca qarışdırın və bir şüşəyə töküb çalxalayın. Bu qarışığı iki gündə bir dəfə saçlarınıza çəkin.

Saçları açan 5 məhsul

1. L'Oreal Paris rəngaçıcı gel

İlk istifadədən etibarən saçlarda günəş təsiri yaradan məhsul, asan istifadəsi ilə diqqət çəkir. Qəhvəyi saçları sarı rəngə çevirən gel, qalıcı təsirə malikdir.

2. Maxx Deluxe rəngaçıcı

Saçların rəngini açan məhsul, elə ilk istifadən öz keyfiyyətini göstərir. Davamlı istifadə etdikdə saçların rəngini 3 ton aça bilir. Pis qoxuya malik deyil.

3. Urban Care Summer Glow

Tərkibindəki Monoi yağı sayəsində saçları qırılmadan qoruyur. Peroksit formulu sayəsində saçları açır, günəş görüntüsü bəxş edir. Tərkibindəki E vitamini və keratin sayəsində saçları qidalandırır, yumşaqlıq və parlaqlıq bəxş edir.

4. John Frieda rəngaçıcı sprey

Sarı saçlar üçün hazırlanmış bu sprey saçlara parlaqlıq qazandırır. Bunun sayəsində istədiyiniz tonu saçlarınıza verə bilərsiniz. BlondeMend texnologiyası ilə kimyəvi maddələrin zədələdiyi saçları qüvvətləndirir.

5. Blondme Premium Lift

Saç rəngini 9 tona qədər aça bilən məhsul, həm də saçlara parlaqlıq verir. Şaçların qırılmasını önləyir. İstifadə zamanı heç bir narahatlıq yaratmır.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3861 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
İbrahim (2 il əvvəl)
Əla