Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub.

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan verilən məlumata görə, Azərbaycan və ABŞ-ın Dövlət himnlərinin ifasından sonra çıxış edən baş konsul Ramil Qurbanov tariximizdə olduqca əlamətdar olan ilk respublikamızın yaranması və nailiyyətləri haqqında məlumat verib.

R.Qurbanov 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, ancaq 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin böyük bəlalardan qurtulduğunu, inkişafının möhkəm təməllərinin qoyulduğunu diqqətə çatdırıb.

Bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyini deyən baş konsul Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə ağıllı və yaşıl texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinin aparıldığını vurğulayıb. Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını bildirib.

Sonra çıxış edən Dövlət Departamentinin Xarici Missiyalar Ofisinin Los-Anceles üzrə regional direktoru Denis Şen təmsil etdiyi qurum adından bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə təbrik edib. O, Azərbaycanın ABŞ ilə münasibətlərindən bəhs edib və enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi əhəmiyyətini vurğulayıb.

Daha sonra Los-Anceles Konsulluq Korpusunun katibi Mame Mbaye 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan bəhs edib və forumda iştirakı çərçivəsində xoş təəssüratlarını tədbir iştirakçıları ilə paylaşıb.

Tədbirdə, həmçinin cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında qısa film təqdim edilib və milli geyimlərimiz nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

Məlahət Nəcəfova

Vaşinqton

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
466 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 18
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 23
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 29
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 37
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 40
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 47