Macarıstan “kiçik və orta müəssisə” anlayışına qarşıdır

Macarıstan “kiçik və orta müəssisə” anlayışına qarşıdır

Macarıstanın milli iqtisadiyyat naziri Márton Nad və Ticarət və Sənaye Palatasının (MKIK) rəhbəri Laszlo Parraq aparılan məsləhətləşmələrdən sonra “kiçik və orta sahibkarlıq” konsepsiyasının parametrlərinə yenidən baxılması barədə razılığa gəliblər. Onlar bu məsələni Avropa İttifaqı səviyyəsində müzakirəyə təqdim etmək niyyətindədirlər.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, həmsöhbətlər Avropa İttifaqında kiçik və orta sahibkarlıq anlayışının yenilənməsinin rəqabət qabiliyyətini artıra biləcəyi barədə ortaq fikrə gəliblər.

Nazirlik 2005-ci ildən qüvvədə olan sənədə yenidən baxılmasını təklif edib. Belə ki, onların təklifinə görə, kiçik və orta müəssisələr üçün işçilərin maksimum sayı 250-dən 500-ə yüksəldilməli, illik gəlir həddi isə 5 milyon avrodan 10 milyon avroya qədər artırılmalıdır.

Milli İqtisadiyyat Nazirliyindən bildirilib ki, rəqabət qabiliyyətinin artırılması ilin ikinci yarısında Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyinin prioritet istiqamətlərindən olacaq.

Nazirlik əlavə edib ki, sənədəki dəyişiklik dəstək üçün uyğun olan Macarıstan müəssisələrinin dairəsini genişləndirə bilər.

Vüqar Seyidov

Budapeşt

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
485 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 15 dəq. əvvəl
  • 6
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 31 dəq. əvvəl
  • 8
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 14
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 25
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 27
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 38