Mafiya serialları - Cinayət mövzulu ən yaxşı 12 Mafiya filmi

Ən çox izlənilən mafiya seriallarının siyahısını hazırlamışıq. Cinayət, qəzəbin əskik olmadığı mafiya diziləri IMDb-də yüksək bal alıblar.

Yeraltı dünyanın əks olunduğu mafiya serialları izləyənləri heyrətə qərq edir. Həmin mafiya seriallarını təqdim edirik.

Siyahımızda yer alan mafiya filmləri Netflix platformasından izləyə bilərsiniz.

12. Narcos (2015 - 2017) IMDb: 8,8

Dünyanın ən məşhur cinayətkarı Pablo Escobarın həyatından bəhs edilir. Serialda Pablo Escobarın narkobaron olduğu dövrlər və başına gələnlər öz əksini tapıb.

Narcos

Narcos oxşarı ən yaxşı Mafiya filmləri:

  • Narcos Mexico
  • Pablo Escobar: Kötülüğün Efendisi
  • El Chapo

11. Godfather of Harlem (2019) IMDb: 8,0

Serialdakı hadisələr 70-ci illərdə Harlemdə reallaşır. Dönəmin mafiya başçısı Bumpy Johnson 1960-cı illərdə həbs olunur və 10 il sonra azadlığa çıxır. Bir vaxtlar idarə etdiyi məhəllə çox dəyişib. Artıq bölgəyə İtaliya mafiyası nəzarət edir. Bumpy yenidən gücü əlinə almaq üçün Genovese ailəsinə müharibə elan edir.

Godfather of Harlem

Godfather of Harlem oxşarı ən yaxşı Mafiya filmləri:

  • Wu Assasins
  • Der Pass
  • Wicked City

10. The Sopranos (1999 - 2007) IMDb: 8,2

Serial 8 il ərzində yayımlanıb. Nyu-Cersidə amerikan-italyan mafiya ailəsinin başçısı Tony Soprano və onun ailəsinin həyatından bəhs edir. 86 seriyadan ibarət serial olduqca məşhurdur. Serialı izləməyinizi tövsiyə edirik.

The Sopranos

The Sopranos oxşarı ən yaxşı Mafiya filmləri:

  • Six Feet Under
  • Halka 
  • Cenaze Töreni

9. Peaky Blinders (2013) IMDb: 8,8

Netflix-də yayımlanan serialda Cilian Murphy, Paul Anderson, Aunt Polly və Joe Cole kimi aktyorlar rol alıb. I Dünya müharibəsindən sonra İngiltərədə cinayətkar qruplar yaranıb, onların arasında ən güclülərindən biri soyğunçuluq və at yarışlarından pul qazanan Peaky Blindersdir. Dəstənin başçısı Tom Shelby cavan və ağıllı adamdır. Dəstə özünü çətinə salır və ölüm-qalım mübarizəsi aparır.

Peaky Blinders

Peaky Blinders oxşarı ən yaxşı Mafiya filmləri:

  • Ozark
  • American Crime Story
  • Dirty John

8. The Wire (2002 - 2008) IMDb: 9,3

Serial hələ də məşhurluğunu qoruyur. Hadisələr ABŞ-ın Baltimor şəhərində reallaşır. Bəzi məqamlar real həyatdan götürülüb. Serial 5 mövsüm yayımlanıb və 60 seriyadan ibarətdir. Əla mafiya serialı izləmək istəyənlər "The Wire"yə baxa bilərlər.

The Wire

The Wire oxşarı ən yaxşı Mafiya filmləri:

  • The Shield
  • True Detective
  • Luther

7. Sons of Anarchy (2008 - 2014) IMDb: 8,6

Öz qaydalarından başqa qayda tanımayan anarxistlərin motosiklet klubuna xoş gəlmisiniz. Jackson Teller, ana Gemma Teller Morrow və Jacksonun ögey atası, həmçinin dəstə başçısı Clarence Morrow Kaliforniyadakı Charming qəsəbəsini öz qanunları ilə qoruyurlar. Əraziyə digər qruplaşmaların gəlməməsi üçün qeyri-qanuni işləri bu ailə idarə edir. Dəstə başçısı Lay işləri şiddətlə görməyi üstün tutur, ögey oğlu Jack isə köhnə üsulların tərəfdarıdır.

Sons of Anarchy

Sons of Anarchy oxşarı ən yaxşı Mafiya filmləri:

  • Fargo
  • The Untouchables
  • Gotham

6. Boardwalk Empire (2010 - 2014) IMDb: 8,5

Müəyyən illərdə ABŞ-da içki qadağası tətbiq olunub və bəzi siyasətçilər bu qadağanı tənqid edilər. Onların başında isə xalq tərəfindən sevilən, əslində, özündən savayı heç kimi düşünməyən Nucky Thompson yer alır. O, qeyri-qanuni içki alqı-satqısı ilə baş vurur, bununla bərabər, digər cinayətlərə baş vurur.

Boardwalk Empire

Boardwalk Empire oxşarı ən yaxşı Mafiya filmləri:

  • Ray Donovan
  • The Wire
  • Power

5. Sneaky Pete (2015 - 2019) IMDb: 8,2

Serialın rejissoru Bryan Cranstondur. Həbsxanadan yeni çıxmış Marius hücrə yoldaşı Petenin pasportunu alır. Petenin ailəsi və yaxınlarını onun Pete olduğuna inandırmağa çalışır.

Sneaky Pete

Sneaky Pete oxşarı ən yaxşı Mafiya filmləri:

  • Better Call Saul
  • Rosewood
  • Secrets & Lies

4. Gamorrah: La Serie (2014) IMDb: 8,7

Eyni adlı əsər əsasında çəkilən italyan mafiya serialıdır. Serialda Savastone ailəsinin sağ qolları olan Ciro, Pietro və onun oğlu Genny nümayiş olunur. Ailə başçısı Savastone həbs edilir. Rəhbərliyi Ciro öz üzərinə götürür. Gərgin anlar, münaqişələr yaşanır.

Gamorrah: La Serie

Gamorrah: La Serie oxşarı ən yaxşı Mafiya filmləri:

  • Suburra
  • Yankee
  • Fear City: New York vs the Mafia

3. Lilyhammer (2012 - 2014) IMDb: 8,0

Serialda italyan mafiya başçısı Frank Taglianonun həyatından bəhs olunur. Uzun müddət Nyu-Yorkda mafiyalıq edən Tagliano polislə iş birliyinə başlayır. O, Norveçin Lillehammer qəsəbəsində yeni həyat üçün planlar qurur. Ancaq unutduğu bir şey var: mafiya keçmişi ondan əl çəkməyəcək.

Lilyhammer

Lilyhammer oxşarı ən yaxşı Mafiya filmləri:

  • The Good Cop
  • The Indian Detective
  • House of Cards

2. Ozark (2017) IMDb: 8,3

Serialda maliyyə şirkətində işləyən Marty Byrdenin Meksikanın ən böyük narkotik şəbəkəsi ilə mübarizəsi təsvir olunub. Marty təhlükədən xilas olmaq üçün narkotikdən əldə olunan pulları qanuniləşdirməlidir. Ailəsini qorumaq üçün buna məcburdur.

Ozark

Ozark oxşarı ən yaxşı Mafiya filmləri:

  • White Lines
  • Designated Survivor
  • Bad Blood

1. Justified (2010 -2015) IMDb: 8,6

Serialda Mayamidə işləyən və özünü müdafiə edərkən insanların gözləri önündə cinayətkarı öldürən şerif Raylan Givensin həyatı əks olunub. Raylan doğulduğu Kentukkidə cinayətkarlarla mübarizə aparır.

Justified

Justified oxşarı ən yaxşı Mafiya filmləri:

  • Banshee
  • Dexter
  • Kanun Namına
Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
6346 dəfə oxundu
ilk.az-çılar nə deyir?