Makiyaj çantasında nələr olmalıdır?
Qadınların hər zaman yanında olan makiyaj çantasında nələrin olması ilə bağlı incələmə aparmışıq. Bəs makiyaj etmək və ya yeniləmək üçün hansı məhsullara ehtiyac var? Bir qadının makiyaj çantasında olması vacib oan məhsullar aşağıdakılardır.
1. PudraQadın makiyaj çantalarında olması lazım olan məhsullardan biri də pudradır. Üzünüzdəki makiyajı düzəltmək və məhsulların sızmasını qarşısını almaq üçün istifadə olunur. Üzün daha gözəl görünməsini təmin etdiyi üçün xüsusən yağlı üz dərisi olan insanların mütləq istifadə etmələri məsləhət görülür.
2. Göz qələmi
Makiyaj çantasındakı əvəzolunmaz məhsullardan biri də göz qələmidir. Göz qələmi ilə edilən makiyaj sayəsində gözlər daha qabarıq görünür. Gözlərin daha dolğun və cəlbedici görünməsi üçün çox faydalıdır. Göz qələmləri rənginə görə dodaqlar və qaşlarda da istifadə edilə bilər.
3. Tuş
Gözlərin daha təravətli və böyük görünməsini təmin edir. Yorğun və tükənmiş gözlərinizi oyatmaq üçün tuş istifadə edə bilərsiniz. Daha böyük və canlı gözlərə sahib olmaq üçün tuşu iki dəfə və qalın çəkmək effekti artırar.
4. Ənlik
Makiyaj çantasında əsla əskik olmamalı məhsuldur. Məsələn, almacıq sümüklərində çıxıntılar olduqda ənliklə bunu daha gözəl formaya salmaq olar. Ancaq aşırı dərəcədə parlaqlıq olmamasına diqqət etməlisiniz. Ən vacib praktik makiyaj məhsullarından biridir.
5. Qapatıcı
Göz altındakı tünd rəngləri örtməkdə xüsusilə təsirli vasitədir. Gündəlik makiyajla yanaşı, böyük tədbirlərdə də sizə kömək edəcək. Azacıq istifadə ilə böyük işlər görən bu məhsulu çantanızda daşımaqda fayda var.
6. Qaş qələmi
Üzün gözəlliyi üçün gözlərin, yanaqların və kirpiklərin təsiri qədər qaşların da təsiri vacibdir. Qaş qələmi sayəsində qaşları incə və ya boşluqları olanlar bu boşluqları doldura və daha hamar, dolğun qaşlara sahib ola bilərlər. Qaş qələmi tətbiq etməzdən əvvəl qaşlar daraqla düzəldilməlidir.
7. Dodaq qələmi
Qadının həm gözəl, həm də seksual görünməsini təmin edən dodaqlar üçün can qurtaran bir məhsuldur. Dodaq boyasının dağılmasının qarşısını almaq üçün dodaq qələminə ehtiyac yaranır. Dodaq boyası çəkmədən əvvəl dodaq qələmindən istifadə etməlisiniz.
8. Dodaq boyası
Parlaq və dolğun dodaqlara sahib olmaq hər qadının arzusudur. Buna nail olmaq dodaq boyası ilə mümkündür. Sadə olan üzü ortaya çıxaran və daha seksual görkəm verən dodaq boyası əsas vacib məhsullarındandır.
9. Eyeliner
Üzünüzdə bir çox görünüş yaradan eyelinerin köməyilə gənc, cazibədar görünüşə sahib ola bilərsiniz. Bir çox növləri var. Qara rəngi ilə gözləri daha çəkici və mənalı hala gətirir.
10. Göz kölgəsi
Gün ərzində təravətli və hamar bir üzə sahib olmaq istəməzsinizmi? Göz qapaqlarını daha canlı və rəngarəng edəcək kölgələrlə həm adi, həm də xüsusi günlərdə ecazkar bir görünüşə sahib ola bilərsiniz.
Dostlarınla paylaş:
193 dəfə oxundu
ilk.az-çılar nə deyir?