Masallıda gənclər üçün “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilib

Masallıda gənclər üçün “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilib

Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Masallı rayonunda Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilib.

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan verilən məlumata görə, tədbirin açılış günü Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun baş məsləhətçisi Şahin İsmayılov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Təlim zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802 - Qaynar xətt”in fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Təlimin yekununda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
22 gün əvvəl
365 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti...
  • 1 saat əvvəl
  • 17
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyən ediblər
15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz...
  • 2 saat əvvəl
  • 26
Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi...
  • 3 saat əvvəl
  • 34
Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad...
  • 4 saat əvvəl
  • 41
Norveç vəliəhd şahzadəsinin oğlu Marius Borq yenidən polis tərəfindən saxlanılıb
Norveç vəliəhd şahzadəsi Mette Maritin oğlu Marius Borq Höibi yenidən polis tərəfindən...
  • 5 saat əvvəl
  • 50
XİN başçısı: Ukraynalıların geri qaytarılması üçün Avropa İttifaqı ilə proqram işlənir
Avropa İttifaqının ukraynalıların evlərinə qayıdışı üçün proqramlar hazırlamağa...
  • 7 saat əvvəl
  • 53