MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tədbirdə universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

MDU-nun fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova çıxış edərək Azərbaycanın COP29-a ev sahibliyi etməsinin iqtisadi və siyasi əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizin 2024-cü ildə COP29-a sədrliyi regional, həm də qlobal səviyyədə mühüm bir hadisədir. T.Yusibova çıxışında iqlim dəyişikliyi ilə mübarizə sahəsində dünya miqyasında atılan addımlarda Azərbaycanın oynadığı rol, həm ölkəmizin qlobal miqyasda nüfuzunu artırdığını, həm də qlobal şimal və cənub arasında körpü funksiyasını yerinə yetirdiyini diqqətə çatdırıb.

Sonra dəyirmi masanın proqramına uyğun olaraq kafedranın müəllimlərinin məruzələri dinlənilib.

Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və müzakirələr aparılıb.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
426 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Prezident İlham Əliyev: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik
Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki,...
  • 1 saat əvvəl
  • 19
Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Mərkəzlə tanışlıq olub
Media nümayəndələrinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların...
  • 2 saat əvvəl
  • 32
Banqladeşdə etirazlar davam edir, hakimiyyət mobil interneti kəsib
Artıq bildirildiyi kimi, Banqladeşdə dövlət vəzifələrinə kvota sisteminə qarşı...
  • 2 saat əvvəl
  • 34
Zarina Təhməzova: Əsas məqsədlərimizdən biri Azərbaycanda peşə təhsilinə marağın artırılmasıdır
Bu gündən “World Skills Azerbaijan”ın təşkilatçılığı ilə “Silk Way Flavour Fest:...
  • 4 saat əvvəl
  • 39
Dünya Bankı: Qərbi Balkan ölkələri iqlim dəyişikliyi ilə mübarizəyə 34 milyard avro sərmayə qoymalıdır
Qərbi Balkan ölkələri insanları və əmlakı iqlim dəyişikliyinin artan təsirindən qorumaq...
  • 5 saat əvvəl
  • 46
Daşkənddə Amerika Texnologiya Universiteti açılacaq
Daşkənddə Arizona Dövlət Universiteti və Amerikanın “Cintana Education” şirkəti ilə...
  • 5 saat əvvəl
  • 50