![Media: “Apollon 8”in ekipaj üzvü təyyarə qəzasında ölüb](/uploads/news-thumbs-900x600/media-apollon-8in-ekipaj-uzvu-teyyare-qezasinda-olub.jpeg)
Media: “Apollon 8”in ekipaj üzvü təyyarə qəzasında ölüb
“Apollon 8” kosmik missiyasının üzvlərindən biri Uilyam Anders təyyarə qəzasında həlak olub.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Fox13” portalı məlumat yayıb.
Məlumata görə, 90 yaşlı Anders cümə günü ABŞ-ın şimal-qərb sahillərində San Juan arxipelaqında qəzaya uğrayan təyyarənin idarəetməsində olub.
Qeyd edək ki, “Apollon 8” kosmik gəmisi 1968-ci ildə ABŞ-da buraxılıb. Kosmik gəmidə astronavtlar Frank Borman, Ceyms Lovel və Uilyam Anders olub. Missiya tarixdə Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət idi.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
1 ay əvvəl
425 dəfə oxundu
425 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)