Məhərrəm ayına aid status mesajları, yazılı şəkillər və hədislər
Məhərrəm ayı ilə bağlı mesajları və hədisləri sizin üçün bir məqalədə topladıq. Ölkəmizdə də milyonlarla insanın maraqlandığı mövzulardan biri olan müqəddəs Məhərrəm ayı ilə bağlı şəkillər və məhərrəmlik mesajlarını whatsapp statusunuzda paylaşmaq üçün ilk.az saytımızdan pulsuz əldə edə bilərsiniz.
Məhərrəm İslam dininə görə 4 “haram” (“Muhərrəm” haram edilmiş mənasındadır - K.R.) aydan biridir. İslam hökmlərində bu ayda savaşmaq, qan tökmək qadağan (haram) edilib. İslam mənbələrində Məhərrəm ayı haqda bir sıra məlumatlar var. O cümlədən, həm İslamaqədərki və həm də İslamın gəlişindən sonra bu ayda baş vermiş əlamətdar hadisələr xatırlanır. Bunların arasında Adəm Peyğəmbərin yaradılışı, İbrahim Peyğəmbərin doğulması, Adəmin tövbəsinin Allah tərəfindən qəbul olunması, Musa Peyğəmbərin yəhudiləri Firondan xilas edərək Misirdən çıxarması və Qiyamət gününün bu ayda baş verəcəyi ilə bağlı xəbərlər var.
Hicri təqviminin ilk ayı olan Məhərrəm ayının İslam tarixində mühüm bir yeri var. Bu ayın onuncu günü "Aşura günü" adlanır. Məqaləmizdən ən gözəl və mənalı mesajları qohumlarınıza bir toxunuşla da paylaşa bilərsiniz.
2021-ci ildə Məhərrəm ayı nə zaman başlayır?
Avqustun 10-da Azərbaycanda Məhərrəm ayı başlayır. Avqustun 19-da isə Aşura günü olacaq.
İslam dinimiz haqqında whatsapp statusunuzda paylaşım etmək istəyirsinizsə Dini sözlər məqaləmizi ziyarət edə bilərsiniz.
Məhərrəm ayı haqqında yazılı şəkillər 2021
İmam Hüseyn (ə) buyurub: "İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır..."
Zülm edən, onu dəstəkləyən və ona razı olan hər üçü şərikdir.. Hz. İmam Əli (Ə)
Əlinin müsəlmanların üzərindəki haqqı, atanın övlad üzərindəki haqqı kimidir. Məhəmməd Peyğəmbər (S)
Uca Rəbbimizdən yeni hicri ilimizin xeyirli işlərə yol açmasını diləyirəm.
Allahım bizi layiqli qulun, ağamıza layiqli ümmət et. Hər an doğru olanı yaşamağı bizə nəsib elə. Amin
Hz. Peyğəmbər (s) "Ramazandan sonra oruc tutmağın ən fəzilətli ayı Məhərrəm ayıdır."
Məhərrəm ayı Quranda Zülqədə, Zül-Hiccə və Rəcəb ilə birlikdə dəyərləndirilən dörd aydan biridir. (Tövbə 36) Məhərrəm ayı İslam tarixində bir təqvimin başlanğıcıdır, Hz. Ömər xilafəti dövründə təyin olunub və o vaxtdan bəri bir çox İslam ölkəsi tərəfindən istifadə edilir. Quranda Məhərrəm ayının fərqli bir xüsusiyyətindən bəhs edilir.
Başda Hz. Adəm də daxil olmaqla. Nuh İbrahim, Hz. Musa, Hz. David, Hz. Yaqub, Hz. Yusif, Hz. Eyyub, Yunus Peyğəmbər və Hz. İsa kimi peyğəmbərlər Aşura günü bəzi xüsusi nemətlər əldə etdilər və bəzi bəlalardan xilas oldular.
Peyğəmbərimiz (s) "Məhərrəm ayında oruc tut, çünki o Allahın ayıdır. Orda elə bir gün var ki, Allah bir qəbilənin tövbəsini qəbul edib və o gün başqa bir qəbiləni də bağışlaya bilər" buyurub.
İmam Əlidən hədislər
Allahın Peyğemberi (s): "Haqq həmişə Əlinin,
Əli də həmişə haqqın yanındadı."
Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar dəstəsidir.
Aşura günü imam Hüseyn (ə) düşmən qarşısında şücaətlə belə buyurdu: “Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram.” (Əl–irşad, səh. 235)
İmam Hüseyn (ə) sözləri
Aşura günü imam Hüseyn (ə) buyurdu: “Agah olun, bilin ki bu zinazadə oğlu zinazadə (ibni Ziyad) iki şeyin arasında saxlayıb ya zəlilcəsinə bey’ət edim, ya da qılıncla doğranım. Heyhat-heyhat, zillət bizdən çox-çox uzaqdır!” (Əl–Lühuf, səh. 97)
Ölüm alçaqlıqdan yaxşıdır. (Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
“Əgər Məhəmmədin (s) dini mənim ölümümlə qalarsa, ey qılınclar doğrayın məni!” (Mosuətu kəlimatul–İmam Hüseyn (ə), səh. 445)
Sevdiyiniz şeylərdən (Allah yolunda) ehsan etməyincə həqiqətə və yaxşılığa çatmazsınız. (Ali–İmran surəsi, ayə 92)
Aşura günü İmam Hüseyn (ə) buyurub: “Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa mə’bud yoxdur, ey fəryad edənlərin fəryadına yetəni.” (Məqtəlul–Huseyn (ə), 283)
İmam Hüseyndən (ə) hikmətli kəlamlar
Xalq dünyaya bağlıdır və dinləri dillərindədir. Dinin onlara zərər yetirmədiyi vaxta qədər onun ətrafında dolanırlar. İmtahan vaxtı gəldikdə isə həqiqi dindarlar azalırlar.
Әn pis adam axirətini dünyasına satan şəxsdir.
Səni peşman edən və üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin.
Qardaşım İmam Həsənin gördüyü işlər Allahın əmrilə olduğu kimi, mənim də gördüyüm işlər Allah əmrilədir.
Allaha qul olanlar, başqasına qul olmazlar.
Məhərrəmlik ilə bağlı digər paylaşımlarımız:
Dostlarınla paylaş:
21526 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (5)
Çox saqolun
❤
Məhərəm ayı ən gözəl aydı
Məhərrəm ayı ilə bağlı paylaşım edən tək siz olduz. Təşəkkür edirəm. Sağolun.
Hikmətli kəlamlar üçün çox sağolun♡