Mehriban Vəliyeva: Sertifikatlaşdırma ömür boyu öyrənmə mədəniyyətini formalaşdıran bir prosesdir VİDEO

Mehriban Vəliyeva: Sertifikatlaşdırma ömür boyu öyrənmə mədəniyyətini formalaşdıran bir prosesdir VİDEO

Sertifikatlaşdırma təhsil islahatları arasında əhatəlilik baxımından ən geniş, ən böyük prosesidir. Ölkədə 150 mindən çox müəllim var. Prosesin məzmun etibarilə də əhəmiyyəti çox böyükdür. Sertifikatlaşdırma müəllimlərin davamlı olaraq peşəkar inkişafı prosesidir. Çünki 5 ildən bir sertifikatlaşmadan keçən müəllimlər, ilk növbədə, daha keyfiyyətli, daha uğurlu müəllim kimi siniflərə daxil olurlar. Daha yaxşı keyfiyyətli müəllimlərlə siniflərdə uşaqların təminatı bizim diqqətimizdə olan məsələlərdən biridir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib. O bildirib ki, sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafının təminatıdır: “Prosesin növbəti mərhələlərində ehtiyaca uyğun olaraq müəllimlərə təlimlər keçirilir. Digər tərəfdən isə bu proses həm də müəllimlərin rifahının, sosial vəziyyətinin yaxşılaşdırılması, diferensial əməkhaqqının tətbiq olunması deməkdir. 2022-ci ildən başlayaraq sertifikatlaşdırma tətbiq olunur və birinci dəfə təxminən 11 mindən çox müəllim prosesə cəlb olunub. Onların beş mindən çoxunun əməkhaqqına 35 faiz əlavələr edilib, üç mindən çox müəllimin əmək haqqına 10 faiz əlavələr edilib.

2023-cü ildə sertifikatlaşdırma prosesinə təxminən 29 mindən çox müəllim cəlb olunub. Bu müəllimlərdən beş mindən çoxunun əməkhaqqına 35 faiz, on yeddi mindən çoxunun əməkhaqqına isə 10 faiz əlavələr edilib”.

Mehriban Vəliyeva bildirib ki, bu il sertifikatlaşdırma prosesində təxminən 30 mindən çox müəllim iştirak edəcək: “Bu mərhələdə riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur. Bu fənlər təməl yaradan fənlərdir və ona görə də ilk olaraq Sertifikatlaşdırma Şurası qərar verərək bu müəllimlərin sertifikatlaşmadan keçməsini təmin edəcək. Bundan sonrakı mərhələlərdə, təbii ki, digər fənn müəllimləri də sertifikatlaşdırmaya cəlb olunacaq və proses 2026-cı ilə qədər tamamlanmaq şərtilə həyata keçiriləcək.

Sertifikatlaşdırma həm də təhsilalanlar üçün keyfiyyətli müəllim anlayışı deməkdir. Bu, şagirdlərin nailiyyətlərinin yüksəlməsi, daha güvənli müəllimlərin seçilməsi deməkdir. Sertifikatlaşdırma təhsil sistemi üçün dövlət siyasətinə uyğun olaraq müəllimin nüfuzunun artırılması istiqamətində, müasir dövrün tələblərinə uyğun müəllim hazırlığı istiqamətində həyata keçirilən ən uğurlu islahat prosesidir. Bu, həm də müasir dövrdə daha çox danışılan, ömür boyu öyrənmə mədəniyyətini formalaşdıran bir prosesdir”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
421 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 24 dəq. əvvəl
  • 7
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 1 saat əvvəl
  • 18
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 2 saat əvvəl
  • 27
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 3 saat əvvəl
  • 35
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 4 saat əvvəl
  • 37
Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti
Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni...
  • 5 saat əvvəl
  • 48