Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Avqustun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə öz xarici partnyorları ilə birgə “exit-poll” keçirmək niyyəti ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən Mərkəzi Seçki Komissiyasına ünvanlanan müraciətlərə baxılıb. Komissiya üzvləri və iclas iştirakçıları bu barədə ətraflı məlumatlandırıldıqdan və aparılan geniş müzakirələrdən sonra sözügedən qurumların müraciətlərinin təmin edilməsinə, Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək üçün qeydə alınmalarına qərar verilib.

İclasda qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılıb. Beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin bilavasitə iştirakı ilə Komissiya üzvlərinin geniş müzakirəsi nəticəsində vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması üçün hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq qərarlar qəbul edilib.

İclasın sonunda, həmçinin cari məsələlərə baxılıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
407 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb
Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.ILK.AZ Azərtac-a...
  • 9 dəq. əvvəl
  • 3
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti...
  • 1 saat əvvəl
  • 21
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyən ediblər
15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz...
  • 2 saat əvvəl
  • 28
Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi...
  • 3 saat əvvəl
  • 36
Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad...
  • 5 saat əvvəl
  • 43
Norveç vəliəhd şahzadəsinin oğlu Marius Borq yenidən polis tərəfindən saxlanılıb
Norveç vəliəhd şahzadəsi Mette Maritin oğlu Marius Borq Höibi yenidən polis tərəfindən...
  • 6 saat əvvəl
  • 51