Meşə yanğınına görə Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb

Meşə yanğınına görə Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb

Türkiyənin Çanaqqala vilayətinin Eceabat rayonunda meşə yanğını baş verib. Bölgədə əsən küləyin təsiri ilə böyüyən yanğına qurudan və havadan müdaxilə edilir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Çanaqqalanın Gelibolu yarımadasında yerləşən əkin sahəsində naməlum səbəbdən başlayan yanğın qısa vaxt ərzində meşəlik ərazisinə yayılıb. Yanğın səbəbindən ətrafdakı bir çox yaşayış məntəqəsi üzərində qatı tüstü meydana gəlib.

Hadisə ilə bağlı Çanaqqala Valiliyindən açıqlama verilib. Bildirilib ki, qabaqlayıcı tədbirlər çərçivəsində Çanaqqalanın Böyükanafarta kəndi boşaldılıb.

Hazırda həm havadan, həm də qurudan yanğına müdaxilə qrupları səfərbər edilib. Vətəndaşlara bölgədə diqqətli olmaları ilə bağlı xəbərdarlıq olunub.

Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
26 gün əvvəl
388 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata...
  • 3 dəq. əvvəl
  • 2
Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
ABŞ hüquq-mühafizə orqanları Ağ evin keçmiş rəhbəri Donald Trampa sui-qəsddə şübhəli...
  • 16 dəq. əvvəl
  • 3
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt...
  • 1 saat əvvəl
  • 20
Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 28
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır
Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və...
  • 4 saat əvvəl
  • 41
İtaliyada anomal istilər üç nəfərin ölümünə səbəb olub
İtaliyanın mərkəzi və cənub regionlarında müşahidə edilən anomal istilər üç nəfərin...
  • 5 saat əvvəl
  • 44