Meyvə və tərəvəzləri koronavirusa qarşı necə dezinfeksiya etmək olar?

Meyvə və tərəvəzlərə qarşı görülən tədbirlər çərçivəsində, bazarda satılan təzə tərəvəz və meyvələrin satıcılar tərəfindən lazımi gigiyena şərtlərinə diqqət yetirilərək təqdim olunması mühüm amildir. Bəzi vətəndaşlar bazardan paket halında aldığı meyvə və tərəvəzlərin koronavirus riskinə qarşı necə dezinfeksiya ediləcəyini araşdırır.

COVID-19 epidemiyasına qarşı ən böyük tədbirin gigiyena olduğunu yəqin ki, bilirsiniz. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həm şəxsi gigiyenanın, həm də ətraf mühitin təmizlənməsinin bu virusa böyük təsir etdiyini bildirir. Gündəlik istehlak üçün bazarlardan aldığımız meyvə və tərəvəzlərin virusa qarşı yaxşı dezinfeksiya edilməsi olduqca vacibdir. Meyvə və tərəvəzləri koronavirusuna qarşı dezinfeksiya etməyin yollarını sizə təqdim edirik.

Meyvə və tərəvəzlər

Meyvə və tərəvəzləri kir, qum, həşərat və digər pestisidlərdən təmizləmək üçün bol su ilə yuyun. Su qidanın dezinfeksiya edilməsində böyük rol oynayır.

Qidaları sabun, şampun və s. kimi təmizləyici materiallar ilə dezinfeksiya etməyin. Unutmayın ki, sabun yalnız əllərinizi təmizləmək üçündür.

Qablaşdırılmış halda aldığınız məhsulların təmiz olduğunu düşünməyin. Onları da eyni qayda ilə yuyun.

Yeməkləri 3 dəqiqə 65 dərəcə istilikdə bişirə bilərsiniz. Bu temperatur virusların yox edilməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.

Kənardan qida almağı bir müddət dayandırın. Mümkün olduqca, evinizdə öz nəzarətinizdə bişən yeməklərə üstünlük verin.

Meyvə və tərəvəzin üzərindəki kiri və torpağı tamam yuyun. Torpaqda ümumiyyətlə, çoxsaylı bakteriya, mikrob və virus var.

qırmızı və sarı bibər

Həssas tərəvəz və meyvələrin təmizlənməsi

Pomidor, göbələk, çiyələk, tut və böyürtkən kimi zərif qidaları aşağı təzyiqli suyun altında yuyun. Yuma prosesi bitdikdən sonra meyvə və tərəvəzləri bir süzgəcə qoyaraq suyunun qurumasını gözləyin.

Məsələn, çiyələyin üzərində torpaq qırıntılarıvarsa, onu su dolu qabda bir neçə dəqiqə saxlayın.

Göyərtinin təmizliyi

Böyük bir qabı su ilə doldurun və içərisinə göyərtiləri atın. Kahı, roka, yaşıl soğan və s. göyərtilər suda qaldıqdan sonra qabı boşaldıb yenidən su ilə doldurun. Bu dəfə su olan qaba bir neçə qaşıq sirkə əlavə edin. Göyərti 5 dəqiqə sirkəli suda qaldıqdan sonra süzgəcə qoyulmalıdır. Beləliklə, özünüzü təhlükədən qoruyarsınız.

tərəvəz şəkilləri

Köklü tərəvəzlərin təmizlənməsi

Köklü tərəvəzlər torpaqda olduğuna görə olduqca çirkli və mikrobludur. Kartof, kərəviz, yerkökü və turp kimi tərəvəzləri koronavirus riskinə qarşı düzgün dezinfeksiya etmək üçün bol su ilə yuyun. Yuma prosesində bir fırça istifadə edərək, tərəvəzin üst hissəsini suyun altında fırçalayın.

Meyvə təmizlənməsi

Eynən tərəvəzlər kimi, bazardan aldığınız meyvələri də bol su ilə yuyun. Məsələn, almaları daha təmiz və gigiyenik etmək üçün suyun altına qoyun və əllərinizlə sürtün. Daha sonra təmizlənmiş və ya sterilizasiya olunmuş qaba qoyun. Yuduğunuz zaman əlcəklərdən istifadə edin.

COVID-19 testi

Qidaları koronavirusdan necə qorumalı?

  • Çiy və yeyilməyə hazır qidaları ayrı-ayrı hissələrdə saxlayın.
  • Çiy əti soyuducudakı digər qidalara bakteriya ötürməməsi üçün ağzıbağlı qablarda saxlayın.
  • Çiy və yeyilməyə hazır qidalar üçün fərqli doğranma lövhələrindən istifadə edin.
  • Çiy qidalarda istifadə etdiyiniz bıçaqları və digər mətbəx əşyalarını bol su və qab şampunu ilə hərtərəfli dezinfeksiya edin.
  • Çiy ət və ya quş ətini suda yumayın. Bunun əvəzinə, zərərli bakteriyaları yox etmək üçün hərtərəfli bişirin və mətbəx avadanlıqlarınızı təmiz saxlayın.

əlləri necə yumaq lazımdır

Mətbəxin koronavirusa qarşı təmizlənməsi

Hər hansı bir yemək hazırlamadan əvvəl əllərinizi ən az 20 saniyə bol su və sabunla yuyun.
Yuyarkən əllərinizi ağzınıza, gözlərinizə və ya burnunuza vurmayın.
Meyvə və tərəvəzləri yuduqda və bişirdikdə əlcək taxın. Bu, sizi və ailənizi viruslardan qorumağın ən təsirli üsullarından biridir.

Dondurulmuş hazır qidaları mümkün qədər az istifadə edin. Həmişə öz sağlamlığınız və ailəniz üçün yüksək qida dəyəri olan təbii qidaları seçin.
Yeməkləri bişirildiyi gün yeyin, sabaha saxlamayın. Digər günlərdə təzə və yeni qidalara üstünlük verin.

Mətbəxinizdə zibili çox saxlamayın, hətta zibil qabını çöldə saxlayın.

Mətbəxinizin həmişə təmiz olduğundan əmin olun. Mətbəx qablarını, bıçaqları, boşqabları tez-tez yuyun. Yuma prosesində bol su və qab şampunu istifadə edin.

Həmişə olduğu kimi, bir işə başlayanda və ya bitirdikdə əllərinizi sabun və su ilə yuyun.

Çiy tərəvəzlər və qida məhsulları üçün müxtəlif doğrama taxtaları, bıçaqlar və mətbəx qabları istifadə edin. İstifadə edəcəyiniz hər bir mətbəx əşyasını bol su ilə yumağı unutmayın.

Çiy və bişmiş qidaları ayrı-ayrı yerlərdə saxlayın.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
4797 dəfə oxundu
ilk.az-çılar nə deyir?