Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə proqram çərçivəsində görülmüş işlər, gənclərin fərdi inkişaf sahəsində qazandıqları yeni biliklər, onların idarəçilik səriştələrinin artırılması və gələcək planları barədə fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri gənclərin Azərbaycanın inkişafı üçün həvəslə çalışmalarını, bilik və bacarıqlarını davamlı şəkildə artırmalarını təqdir edib, gələcəyə inamlı baxışları olan yeni nəslin ölkəmiz üçün əvəzolunmaz kapital olduğunu vurğulayıb.

“Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində keçirilən görüşlərin faydasını qeyd edərək, fikir mübadiləsinin onların idarəçilik təcrübələrinin və peşəkar vərdişlərinin təkmilləşdirilməsinə böyük stimul verdiyini bildiriblər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və “Yüksəliş” İctimai Birliyi tərəfindən Mentorluq proqramı çərçivəsində qaliblərin istəkləri nəzərə alınmaqla fərdi inkişaf planları hazırlanıb. Buna uyğun olaraq, mentilərin dövlət və özəl sektor, beynəlxalq konsaltinq şirkətlərinin nümayəndələri ilə görüşləri təşkil edilib, müxtəlif istiqamətlərdə maraqlı müzakirələr aparılıb. Qaliblərin fərdi inkişafına dəstək göstərmək məqsədilə onlar təlim və nazirlik tərəfindən təşkil olunan “4SİM Talks” layihəsində iştiraka cəlb olunublar. Fərdi inkişaf planları üzrə qaliblərin bilik və bacarıqlarının artırılması üzrə işlər davam etdirilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
416 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 30 dəq. əvvəl
  • 10
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 1 saat əvvəl
  • 20
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 2 saat əvvəl
  • 28
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 3 saat əvvəl
  • 36
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 4 saat əvvəl
  • 38
Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti
Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni...
  • 6 saat əvvəl
  • 49