Mil-Muğan regionu üzrə 450-yə yaxın müəllim sertifikatlaşdırma imtahanında iştirak edib

Mil-Muğan regionu üzrə 450-yə yaxın müəllim sertifikatlaşdırma imtahanında iştirak edib

Bu gün Mil-Muğan regionu üzrə sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanda 450-yə yaxın müəllim iştirak edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlar 3 bölgədə təşkil edilib.

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev bildirib ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma imtahanında 958 müəllim iştirak edəcək. Bu gün Beyləqan rayonu üzrə müəllimlər Beyləqan şəhər 2 nömrəli tam orta məktəbdə, İmişli rayonu üzrə müəllimlər Kürdəmir rayonunda, Saatlı və Sabirabad rayonu üzrə müəllimlər Şirvan şəhərində yerləşən imtahan mərkəzlərində imtahan veriblər. Beyləqanda keçirilən imtahanda iştirak etmək üçün 179, Şirvanda təşkil olunan imtahanda 175, Kürdəmirdəki imtahanda isə 93 müəllim qeydiyyata alınıb. Sertifikasiyada 30 baldan artıq nəticə göstərən və müsahibədə uğur qazanan müəllimlərin əmək haqqına 10 faiz, 51 bal və daha artıq nəticə göstərən, müsahibədə uğur qazanan müəllimlərin əmək haqqına isə 35 faiz əlavə edilir. Sertifikasiyada birinci dəfə iştirak edib uğursuz nəticə göstərən müəllimlərin ikinci dəfə təkrar iştirak etmək hüquqları var.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
29 gün əvvəl
398 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 4 saat əvvəl
  • 35
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 6 saat əvvəl
  • 44
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 7 saat əvvəl
  • 53
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 8 saat əvvəl
  • 59
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 10 saat əvvəl
  • 70
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 10 saat əvvəl
  • 63