Milli mətbəximizin dadlı şirniyyatlarından olan paxlavanın hazırlanma qaydası

Milli mətbəximizin dadlı şirniyyatlarından olan paxlavanın hazırlanma qaydası

Ulduz şəklində kəsilməsi və yaxud bölgələrimizdə, əsasən Qəbələ və Göyçayda bişirilən “üçqulaq” deyilən və eynilə ulduzabənzər, şəkər və qozdan hazırlanan şirniyyat növü - paxlava heyrətamizdir!

Bu məqaləmdə sizə paxlavanın hazırlanması qaydalarını izah etməyə çalışacam.

Milli mətbəximizin dadlı şirniyyatlarından olan paxlavanın hazırlanma qaydası

İlk olaraq tərkibi haqqında
Xəmir üçün:

  • 1kq un
  • 3 yumurta
  • 250 q kərə yağı
  • 1 st süd
  • 2 x.q xama
  • 1 ç.q quru maya
  • Duz

İçlik üçün:

  • 1 kq qoz ləpəsi
  • 1kq şəkər tozu
  • 1/3 ç.q hil.

Qeyd: İçliyi badam ləpəsi ilə də edə bilərsiniz. Qoz ya da badam ləpəsinin qabığını çıxardıb qoz çəkən maşından keçiririk.

Yağlamaq üçün:

  • 400 - 450 q kərə yağı 

Şərbət üçün:

  • 2st şəkər tozu
  • 1 st su

Üzü üçün:

  • 2 ədəd yumurta sarısı
  • Badam ləpəsi ( fındıq ya da qoz ləpəsi qoymaq olar)

Milli mətbəximizin dadlı şirniyyatlarından olan paxlavanın hazırlanma qaydası

İndi isə keçək hazırlanma qaydasına:

  1. Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.
  2. Yağı əridirik.
  3. Mayanı ilıq suda qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.
  4. Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik.
  5. Yumşaq xəmir yoğururuq.
  6. Xəmirin üstünə neylon çəkib, dəsmal qoyub, ədyala bükürük, 2 saat acımağa qoyuruq.
  7. İçlik hazırlayırıq. Qozu tavada qovurub qabığını təmizlədikdən sonra qoz çəkən maşından keçiririk.
  8. Çəkilmiş qozu şəkər tozu və hil ilə qarışdırırıq. Yuxaları yağlamaq üçün yağı əridirik.
  9. Şərbəti hazırlayırıq. Qaba suyu və şəkər tozunu əlavə edib qaynara düşən kimi 2-3 dəqiqə qaynadıb, götürük.
  10. Üzünə çəkmək üçün yumurta sarısını bir qaba sındırıb çalırıq.
  11. Üzü üçün badam ləpəsini təmizləyirik. Bax: Badam ləpəsinin təmizlənməsi
  12. Xəmir 2 saata acıyır.
  13. Xəmiri hər tava üçün12 hissəyə bölürük. İki kündəni böyük qalanlarını balaca kündələyirik.
  14. Yuxanı (az) unla yayırıq.
  15. Tavanı yağlayıb yuxanı səririk. Yuxaya yağ töküb yağlayırıq.
  16. Hər qata 1 stəkandan 1 barmaq aşağı içlik səpirik.
  17. Yenə yuxanı sərib yağlayırıq.
  18. Bu şəkildə bütün qatları hazırlayırıq. Axırıncı qatı qoyduqdan sonra kənarlarını yaxşı düzəldirik.
  19. Xəmiri romb şəklində kəsirik.
  20. Yarım saat saxlayırıq. Sonra yumurtalayıb ortalarına badam ləpələrini qoyuruq.
  21. 180 dərəcə qızdırılmış sobada üzü az qızarana qədər bişiririk. Sonra çıxarıb yağlayırıq.
  22. Dərəcəni 150 dərəcəyə qoyuruq. Üzü tam qızarana yaxın çıxarıb şərbətini tökürük.
  23. Hər iki halda bıçaqla kəsilən yerlərlə bir də gedirik ki, həm yağ həm də şərbət hər yana yaxşı yayılsın.
  24. Şərbəti tökdükdən sonra sobada 3-5 dəqiqə saxlayıb götürürük.
  25. Paxlava ilıq olanda tavadan tək-tək çıxarıb başqa düz qaba aralı yığırıq.

Milli mətbəximizin dadlı şirniyyatlarından olan paxlavanın hazırlanma qaydası

Qeyd: Paxlavanın üzünün parıltılı və gözəl olmağını istəyirsinizsə onda paxlavanın şərbətindən 3 x.q götürüb 1 x.q bal ilə əridib firça ilə hazır olan isti paxlavanın üzünə çəkirik.

Nuş olsun!

Məqaləyə emosiya bildir:
emotion
7
emotion
0
emotion
0
emotion
0
emotion
5
emotion
0
emotion
0
Dostlarınla paylaş:
4 il əvvəl
8293 dəfə oxundu
ilk.az-çılar nə deyir?