Milyonlarla insanın barmaq izləri və üz fotoları internetə sızdırılıb

Milyonlarla insanın barmaq izləri və üz fotoları internetə sızdırılıb

Özəl məlumatların itirilməsi bir çox istifadəçilər üçün heç də xoş olmayan bir hadisədir. Lakin elektron poçt və ya hansısa sosial şəbəkədə olan istifadəçi hesabını bərpa etmək mümkündür.

Ən çətini isə barmaq izini bərpa etməkdir. Beləliklə The Guardian saytı son illərin ən böyük biometrik məlumatlar sızıntısı barəsində məlumat verib. Belə ki, internetdə yüzlərlə ölkə üzrə milyondan çox insanın barmaq izi və özəl məlumatları ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. İsrailin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən vpnMentor şirkətinin hesabatına əsasən Suprema adlı məlumatlar bazası internetə sızdırılıb.

Milyonlarla insanın barmaq izləri və üz fotoları internetə sızdırılıb

Bu məlumat sızıntısı öz miqyası ilə diqqəti cəlb edir. Belə ki, internetdə 1 milyondan çox insanın barmaq izi, üz fotoları, şifrələri və digər özəl məlumatları yayılıb. Bura həmçinin bank və İngiltərə polisi əməkdaşlarının məlumatları da daxildir. Bu məlumatlar (təqribi olaraq 27.8 milyon mətn yazısı və 23 GB həcmində fayl) Biostar 2 platformasının istifadəsi zamanı yığılıb.

Milyonlarla insanın barmaq izləri və üz fotoları internetə sızdırılıb

Banklar və dövlət müəssisələrinin ofislərinin qapılarındakı biometrik kilidlər isə məhz bu platforma əsasında çalışırlar. Daha öncə Suprema bildirmişdi ki, onun platformaası həmçinin AOES adlı idarəetmə sisteminə də inteqrasiya olunub. Bu sistemdən isə 83 ölkədən ümumilikdə 5700 təşkilat istifadə edir. Onların arasında həmçinin dövlət müəssisələri də var.

Milyonlarla insanın barmaq izləri və üz fotoları internetə sızdırılıb

vpnMentor şirkəti tərəfindən aşkar edilmiş məlumatlar bazası isə şifrələnməmiş şəkildə olub. Mütəxəssislərin sözlərinə əssən bunun sayəsində hackerlər hal hazırda mövcud olan istifadəçi hesablarını redaktə edə və onlara özlərinin barmaq izi ilə fotolarını əlavə edə bilərlər. Mütəxəssislərin özləri isə çoxlu sayda təşkilatların məlumatlarını əldə edə biliblər.

Milyonlarla insanın barmaq izləri və üz fotoları internetə sızdırılıb

Bu vəziyyətin ən pis faktı isə ondan ibarətdir ki, hansısa şifrənin oğurlanması halında onu bərpa etmək mümkündür. Lakin barmaq izi dəyişikliyə məruz qala bilmir. Tədqiqatçılar qeyd ediblər ki, sözügedən məlumatlar bazası cinayət məqsədlərində istifadə oluna bilər və bu mövzu barəsində Suprema şirkətinə xəbər veriblər. Şirkət isə tez bir zamanda problemi aradan qaldırıb, lakin baş vermiş hadisə ilə bağlı bir fikir bildirməyib.

technote.az

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
4 il əvvəl
7108 dəfə oxundu
ilk.az-çılar nə deyir?