Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti – 2024” təlimlərinə start verilib

Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti – 2024” təlimlərinə start verilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Tyuyot ximəti – 2024” təlim proqamına start verilib. Artıq ənənə halını almış təlim proqramında Mingəçevir şəhəri və ətraf rayonlardan olan 70-dən çox şəxs iştirak üçün haqq qazanıb.

Universitetdən bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov “Tyuror xidməti” proqramına maraq göstərən iştirakçılara təşəkkürünü bildirərək, onlara uğurlar arzulayıb.

Təlim proqramının ilk günündə birinci Ü.Zeynalov "Baloniya prosesi haqqında ümumi məlumat", "Tədrisin təşkili və idarə olunması", həmçinin "LMS (Learning Management System)" mövzularında təqdimatla çıxış edib. Daha sonra, MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov "Kredit sisteminin mahiyyəti və məzmunu", "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" haqqında əsas anlayışlar və təqaüdə təyinetmə mövzusunda geniş məlumat verib.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Təlim proqramının növbəti günlərində MDU-nun peşəkar komandası tərəfindən "Akademik məsləhətçi (tyutor) xidməti", "Tələbənin fərdi tədris planının tərtibi (praktik hissə)", "Tələbənin hüquq və vəzifələri", "Yay semestrinin təşkili (praktiki hissə)", "Tələbə və müəllim mobilliyi", "Tələbələrə psixoloji dəstək zəmnində tyutorların rolu" və "Təqdimat bacarıqları" mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimə göstərilən maraq və qoşulanların çox olması səbəbindən proqram 3 qrup şəklində keçiriləcək. Təlimlərin sonunda monitorinq və qiymətləndirmə aparılacaq.

Qeyd edək ki, iştirakçılar arasında əsasən yeni məzunlar olmaqla, müxtəlif ali təhsil müəssisələrində magistratura səviyyəsində təhsil alanlar və hazırda işləyənlər üstünlük təşkil edir.

MDU-da “Tyutor xidməti” təlim proqramı hər tədris ilinin başında bir dəfə olmaqla keçirilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
21 gün əvvəl
381 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ikinci sui-qəsd...
  • 44 dəq. əvvəl
  • 14
Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir
Fransa Prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi...
  • 2 saat əvvəl
  • 22
Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır
Bu günlərdə Bişkekdə Mərkəzi Asiya və Əfqanıstanda iqlim dəyişmələri məsələləri...
  • 3 saat əvvəl
  • 32
Belarusdakı diaspor üzvləri təltif ediliblər
Sentyabrın 17-də Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi...
  • 3 saat əvvəl
  • 34
Dünyaşöhrətli səyyah: Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi
“Özümü çox yaxşı hiss edirəm”.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu...
  • 4 saat əvvəl
  • 41
Azərbaycan cinayət məsuliyyətinə cəlb olunan üç Türkiyə vətəndaşını qarşı tərəfə təhvil verib
Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində...
  • 6 saat əvvəl
  • 45