Miqrasiya Xidmətinin rəsmisi: Məqsədli nikahlar qanunsuz miqrasiyanın hüdudlarının genişlənməsinə gətirib çıxarır

Miqrasiya Xidmətinin rəsmisi: Məqsədli nikahlar qanunsuz miqrasiyanın hüdudlarının genişlənməsinə gətirib çıxarır

Məqsədli nikahlara qarşı ciddi mübarizə aparılır. Çünki belə nikahlar qanunsuz miqrasiyanın hüdudlarının genişlənməsinə gətirib çıxarır.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deyib.

N.Quliyev Ailə Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsinə fikir bildirərkən qeyd edib ki, məqsədli nikahlar qanunvericiliyin müəyyənləşdirdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaradır.

Onun sözlərinə görə, bu, həmçinin qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində görülən işlərə də mənfi təsir göstərir. Bildirib ki, Azərbaycan vətəndaşı ilə nikaha daxil olan əcnəbi ölkədə əmək fəaliyyəti ilə məşğul ola bilir və bu da düzgün deyil.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
484 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 50 dəq. əvvəl
  • 15
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 46